Rusiyanı bir-birinə qatan türk



Ruslarla gənc arasında maraqlı dialoq ortaya çıxıb.Paytaxt Moskvada rus gənc türk bayrağı ilə maraqlı bir təcrübə həyata keçirib. ANS PRESS-in məlumatına görə, gənc çiyninə türk bayrağı alaraq küçələri dolaşıb və rusların buna necə reaksiya verəcəklərini sınaqdan keçirib. Sosial mediada böyük səs küyə səbəb olan təcrübə izləyənləri təəccübləndirib. Özünü bir türk turist kimi qələmə verən rus gənc insanlara yaxınlaşaraq Rusiyaya yeni gəldiyini söyləyib. Bu zaman ruslarla gənc arasında maraqlı dialoq ortaya çıxıb.Qırmızı Meydanda insanlara yaxınlaşaraq ünvan soruşan gəncə münasibət biri-birindən fərqli olub. Bəziləri bayrağa sərt reaksiya verib, bəziləri isə ona getmək istədiyi ünvanı izah edib.Rus gəncdən Moskvada maraqlı təcrübəÖtən ilin noyabrında Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra hər iki ölkə arsında vəziyyət gərginləşib. Bu, iki ölkə vətəndaşlarının bir-birinə münasibətinə də təsir edib. Baş verən hadisədən sonra Rusiya Türkiyəyə çoxlu sayda sanksiyalar tətbiq edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi