28-30 sentyabr 2016-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Dayanıqlı Enerji Komitəsinin 25-ci sessiyası keçirilir.



Azərbaycan Respublikasi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin Məlumatı


28-30 sentyabr 2016-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Dayanıqlı Enerji Komitəsinin 25-ci sessiyası keçirilir.

Sessiyanın əsas məqsədi Enerji ilə bağlı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və “Paris iqlim sazişi”ndən irəli gələn dayanıqlı və ekoloji təmiz enerjidən istifadəni asanlaşdırmaq, ətraf mühitə buraxılan istixana qazlarının miqdarının azaldılması istiqamətində beynəlxalq siyasi dialoq və hökümətlərarası əməkdaşlığın gücləndirilməsi,dövlətlərin bu sahədə səylərini artırması üzrə fəaliyyətlərin təhlil edilməsi, həmçinin bərpa olunan enerji və enerji səmərəliliyinin istifadəsi üçün .DİM-ə nail olunmasına birbaşa və dolayı yolla köməklik göstərməkdir.

Bildiririk ki, 28 sentyabr 2016-ci il tarixində baş tutmuş 25-ci sessiyanın açılışına Dövlət Agentliyi sədrinin energetika məsələləri üzrə müşaviri,BMT AİK-in Davamlı Enerji Komitəsi Bürosunda sədr müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) və Əbu Dabi İnkişaf Fondunun (ADFD) Mütəxəssislər Panelinin üzvü Nəzir Ramazanov sədrlik etmişdir.

Sessiyanın gündəliyində həmçinin,18-21 oktyabr 2016-cı il tarixlərində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan höküməti və BMT AİK tərəfindən keçiriləcək “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumu, eləcə də 11 iyun 2017-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutacaq “Dayanıqlı İnkişaf üçün Enerji” 8-ci Beynəlxalq Forumu və Enerji Nazirlərinin görüşü ilə bağlı hazırlıq və bu tədbirlərdə qəbul ediləcək sənədlərin müzakirəsi xüsusi yer tutur.

25-ci sessiyasının gündəliyə çıxardığı məsələlər 18-21 oktyabr tarixlərində Bakıda keçiriləcək 7-ci Beynəlxalq Forum çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi,“Paris İqlim sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planınından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi,karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm mövzuların müzakirə olunmasına öz töhfəsini verəcəkdir.

Əlavə məlumat üçün:
Mətbuat katibliyi
Tel: 4880135 (128)
Email: press@area.gov.az
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi