Türk ordusu hücuma keçdi-Son dəqiqə



Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyatla bağlı son məlumatları yayıb.

Analoq.az avropa.info-ya istinadən xəbər verir ki, yayılan məlumatda Türkiyə ordusunun “Fərat Qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birlikdə keçirdiyi əməliyyat nəticəsində Əl-Babın əksər əraziləri İŞİD-dən alınıb.

138 İŞİD üzvü öldürülüb, xeyli sayda texnika məhv edilib. Bununla yanaşı döyüşlərdə 10 türk əsgəri həyatını itirib, 18 əsgər isə yaralanıb.
Əməliyyat davam edir.

Türk Silahlı Qüvvələrinə bağlı hərbi birliklərin İŞİD nəzarətindəki Əl Bab şəhərinin mərkəzinə girib.
Türkiyə aviasiyası “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl Baba edilə hava reysi çərçivəsində İŞİD-ə məxsus 47 obyekti məhv edib, 45 İŞİD üzvü öldürülüb.

Hava hücumu ilə bərabər artilleriya birlikləri açdığı atəşlə 47 İŞİD hədəfini vurub. Düşmənin ZSU zenit qurğusu quraşdırılmış 3 pikapı, DŞK quraşdırılmış 2 pikapı, ağır pulemyot quraşdırılmış 3 avtomobili məhv edilib.

Bölgədəki mənbələr şiddətli döyüşlərin getdiyini bildirir.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi