Vladimir Putin:Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.



Analoq.az Milli.az- a istinadən bildirir ki Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb.

Lavrov "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab verib: "Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil".

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün, ilk növbədə, status məsələsi həll olunmalı, sonra torpaqların işğaldan azad edilməsindən söhbət gedə bilər.

Siyasi ekspertlər hesab edirlər ki, bu mövqe Azərbaycanın maraqlarına ziddir və münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır.
Lavrovun çıxışına münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Məmmədyarov əminliklə bildirib ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması mümkün olacaq.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi