Prezident ölkəni tərk etdi



Qambiyanın sabiq prezidenti ölkəni tərk edib
Qambiyanın seçkilərdə məğlubiyyətə uğramış prezidenti Yayya Camme ölkəni tərk edib.

Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, eks-prezident tanınma nişanları olmayan təyyarə ilə uçub.

Məlumatda bildirilir ki, 22 ildən çox hakimiyyətdə qalan Camme Banjul şəhərinin hava limanına Qvineya prezidenti Alfa Konde ilə gəlib. Daha sonra onlar bir yerdə təyyarəyə miniblər. Bəzi məlumatlara görə, Camme bir müddət Qvineyanın paytaxtı Konakridə olacaq.

Xatırladaq ki, Camme seçkilərdə məğlubiyyətini etiraf etmir və postundan getmək istəmirdi. Bununla əlaqədar qonşu ölkələr Qambiyaya qoşun yeritməyə hazır olduqlarını bildirirdilər.

Cümə günü gecə Seneqal hərbçiləri Cammeni hakimiyyəti seçilmiş prezident Adam Barrouya təhvil verməyə məcbur etmək üçün əməliyyata başladı. Bu ərəfədə sabiq prezident bəyan etdi ki, hakimiyyətdən könüllü şəkildə getməyi və səlahiyyətlərini yeni prezidentə verməyi qərara alıb .

Yayya Camme 1994-cü ildən prezident idi. O, dekabr ayında keçirilən seçkiləri uduzmuş və nəticələri etibarsız elan etmişdi.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Zithromax Liver Damage Viagra En La Red cialis Generic Hydrochlorothiazide Saturday Delivery