Son dəqiqə:Vaşinqtonun Türkiyədən ŞOK TƏLƏBİ



Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" hərəkatına kifayət qədər dəstək verməyən ABŞ və onun başçılıq etdiyi koalisiya gücləri Türkiyəni döyüş meydanında tək qoyub.
ABŞ Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG-yə (PKK terror təşkilatının Suriyadakı qanadı – red.) böyük miqdarda silah-sursat çatdırıb.
Vaşinqton türk əsgərinin sərhədin 20 kilometr dərinliyini keçməməsini tələb edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əl Babdan sonra Rakka və Münbiçin hədəf olacağını bildirməsi, həmçinin YPG ilə bağlı bəyanatları ABŞ-ı təşvişə salıb.
Məlumata görə, ABŞ nəinki İŞİD terror təşkilatını vurur, həmçinin təşkilatla əlaqədar əldə etdiyi kəşfiyyat məlumatlarını türk əsgərindən gizləyir.
"Yəni, kəşfiyyat məlumatlarının paylaşması yoxdur. Halbuki Türkiyə əldə etdiyi hər məlumatı koalisiya qüvvələrinə ötürür. Rusiya ilə kəşfiyyat paylaşması ABŞ-dan daha çox", - deyə türkiyəli bir səlahiyyətli vurğulayıb.

Mənbə:Publika.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi