Türk əsgəri şəhid oldu



Türkiyə Silahlı Qüvvələrinin əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda şəhid olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, 1 türk şəhid olub, 5-i yaralanıb.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına avqustun 24-də başlayıb.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi