Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Valideynə ehsan etmək – Allaha..

29-01-2017, 16:00 | 7892 dəfə baxılıb.

Ehsan sözünün mənası lüğətdə xeyir və yaxşı əməl görməkdir. İslam dini bütün müsəlmanları ehsana və yaxşı əməllərə dəvət edən bir dindir. Hətta buyurur ki, başqalarının pis əməllərini siz yaxşı əməllərə çevirin.
“Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).
“Onda tezliklə yaxşılara artıq bağışlayarıq”. (“Əraf” 161).
“Həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. (“Əraf” 56).
Ehsan etmək – Haqqın sifətlərindəndir, peyğəmbərlərin, övliyaların əxlaqındandır. (Erfan)
İslam dini bizlərə valideynlərə qarşı da ehsan etməyimizi tövsiyə edir və onu vacib əməllərdən hesab edir. Valideynə ehsan etmək – Allaha ibadətdən sonra gələn ən mühüm əməllərdəndir. “De: “Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin””. (“Ənam” 151).
“Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi”. (“İsra” 23).
İmam Sadiq (ə) nəql edir: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir ki, mənə tövsiyə verin. Həzrət (s) buyurur: “Bu varlıq aləmində heç bir şeyi Allaha şərik qoşma – baxmayaraq ki, atəşdə yandırılsan da, işgəncə olsan da. Ata və anana itaət et və onlara yaxşılıq et – istər diri olsunlar, istərsə də ölü. Əgər hər ikisi sənə əmr etsə ki, həyat yoldaşını və mal-dövlətini burax – bu işi gör. Çünki onlara itaət etmək – imanın nişanəsindəndir”.
İmam Sadiq (ə) buyurur: “Əgər (valideynlərin) sənə əziyyət versələr və təzyiq göstərsələr, onlara ən qısa söz olan “uf” kəlməsini belə demə. Əgər səni vursalar, başlarının üstündə fəryad çəkmə. Bəlkə yumşaq səslə onlarla danış. Əgər onların kötək vurmasına məruz qalsan, de: “Allah sizin hər ikinizi bağışlasın”. Onlara mehr və məhəbbətdən savayı başqa gözlə baxma, səsini onların səsindən ucaltma, əllərini onların əllərindən yuxarı qaldırma, onların qarşısında yol getmə”.
İmam Sadiq (ə) buyurur: “Hansı şey sizlərə ata və ananıza yaxşılıq etməkdən saxlayır – istər diri olsunlar, istərsə də ölü – öləndən sonra onların tərəfindən namaz qılmaqdan, sədəqə verməkdən, oruc tutmaqdan. O şeyi ki, o ikisi üçün yerinə yetirər, ata və anası üçün olan savab onun üçün də olar. Allah ata və anası üçün qıldığı namaza və yaxşılıqlara görə dünya və axirət xeyirini onun üçün artırar”.
İbrahim ibni Şuəyb nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Atam ahıl çağına gəlib çatmışdır və gücsüz olmuşdur. Nə zaman bir işə ehtiyacı olsa, onu çiynimə alıram”. Həzrət (ə) buyurur: “O yerə qədər ki, imkanın var özün bu işi yerinə yetir, öz əlinlə ağzına yemək tikəsini qoy. Çünki bu cür xidmət – Qiyamət günü sənin üçün cəhənnəm atəşindən qalxandır”.
İmam Baqir (ə) buyurur: “Üç şey vardır ki, Allah onu tərk etməyi heç kəsə icazə verməmişdir: yaxşı və pisə (adama) əmanəti qaytarmaq; yaxşı və pisə qarşı verdiyi sözə əməl etmək; ata və anaya yaxşılıq etmək – istər saleh olsunlar, istərsə də pis əməl sahibi”.
İmam Sadiq (ə) buyurur: “Qiyamət gəlib çatan zaman behişt pərdələrindən pərdələr kənara çəkilər. Hər bir canlı behiştin iyini 500 il fasilədən hiss edərlər, məgər bir tayfadan başqa ki, ağvalideyn olar”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Musa ibni İmran Allahla münacat edən zaman Allah Təalanın ərşinin kölgəsində bir kişi gördü və dedi: “Allahım, bu kimdir ki, ərşin ona kölgə salmışdır?”. Xitab gəlir: “O kəsdir ki, ata və anasına qarşı yaxşı əməl sahibi olmuşdur və söz gəzdirmək üçün addım atmamışdır””.
İmam Sadiq (ə) buyurur: “Hər kim istəyir ki, can verməyi onun üçün asan olsun – qohumlarına çoxlu bəxşiş etsin və onlarla əlaqəsi olsun. Ata və anasına yaxşılıq etsin. Əgər belə olarsa, Allah can verməyi onun üçün asan edər və həyatında yoxsulluq ona çatmaz”.
İbni Məsud nəql edir: “Peyğəmbərdən (s) soruşdum ki, əməllər arasında hansı əməl Allah yanında daha sevimlidir? Buyurdu: “Namaz, müəyyən edilmiş vaxtında”. Dedim: “Bəs sonra hansı əməl?”. Buyurdu: “Ata və anaya yaxşılıq etmək”. Dedim: “Bəs sonra hansı əməl?”. Buyurdu: “Allah Təala yolunda cihad etmək”.
İmam Baqir (ə) buyurur: “Dörd şey vardır ki, hər kəsdə olsa, Allah behiştdə onun üçün ev tikər: o kəs ki, yetimə pənah verər, gücsüzə rəhmət edər, ata və anasına mehribanlıq edər, əlinin altında olanlarla mehriban olar”.

Mənbə:Deyerler.orgскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Araşdırma

"Atətül-Kürsü" buyurur ki, dini qəbul etməkdə məcburiyyət yoxdur.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət

Mehriban Əliyeva şəhidlərin ruhuna ehsan verdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının