Deputatın unu bahalaşdırması düz çıxdı: “Cənab prezident, çörək yenə qalxdı” - Təcili



Azərbaycanda unun topdansatış qiyməti artırılıb. Rəsmi qurumlar məlumatı təkzib etsə də, reallıq bahalaşmanı əks etdirir.

Analoq.az Politika.Az-a istinadən xəbər verir ki , 50 kq-lıq un kisəsinin qiyməti 24 manatdan 26 manat 15 qəpiyə qaldırılıb.

Məlumata görə, qiymət hər gün müəyyən qədər artırılır və bunun davam edəcəyi bildirilir. Bu isə unun pərakəndə satış qiymətinin tez bir zamanda bahalaşacağını göstərir. Belə olan halda çörəyin qiymətinin də artırılması istisna deyil.

Məlumat üçün bildirək ki, Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur, bir o qədər də yerli istehsal var. Ancaq yerli taxıl aşağı keyfiyyətli olduğundan Azərbaycan ildə 1,5 milyon ton taxıl idxal edir.

Azərbaycana taxıl əsasən Qazaxıstan və Rusiyadan idxal olunur. Manatın məzənnəsinin ucuzlaşması çörəyin qiymətinin artmasını qaçılmaz edir.

İqtisadiyyat Nazirliyinin təkzibinə baxmayaraq, yaxınlarda çörəyin qiymətində artım gözlənilir. Daha doğrusu, qiymət artımı artıq var. Sadəcə, çörəyin çəkisini azaltmaqla qiyməti sabit saxlamağa çalışırlar.

Ölkə boyunca bahalaşma gedir. Əhalinin gəlirləri azaldıqca bazarlarda qiymətlər qalxır.Ölkədə sürətlə yoxsullaşma gedir. Əhali heç vaxt olmadığı qədər çətin vəziyyətə düşüb.

Politika.Az yazır ki, əvvələr 25 manat 40 qəpiyə aldıqları unun kisəsini hazırda 26 manat idi. İndi isə 15 qəpik də bahalaşma qeydə alınıb. Redaksiyamıza bölgələrdən gələn məktublarda prezidentdən kömək istənilir. Vətəndaşlar çörəyin qalxmasına etiraz edirlər: “Cənab prezident, elə ailə var ki külfətdir, günə 4-5 çörək yeyilir. Bu gedişatla aclıq və səfalət başlanacaq. Bizi 90-cı illərə qaytarmayın. Yalvarırıq, dərhal bazarlara nəzarət olunsun”,

Deputat Əsabil Qasımovun ailəsinə məxsus olan “Karat” holdinqin 2015-ci ilin dekabrında bahalaşma getməsi mitinqlərə səbəb olmuşdu.

Deputatın ailə holdinqi Azərbaycan un məhsulları bazarında kifayət qədər böyük çəkiyə malikdir. Bu baxımdan deputatın ailəşirkətinin qiymətləri qaldırması manatın qiymətdən düşməsi fonunda ölkədəçörəyin qiymətinə, çəkisinə də birbaşa təsir edir.

Xatırladaq ki, 2015-ci ildə holdinqin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Başİdarəsi əməkdaşlarıəməliyyat keçiriblər. Nəticədəİmişlidə“Karat”da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulub.

Tarix: 14:00 Oxunma Sayı: 3194 dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi