Müharibəyə az qaldı...



Çin Rusiyanı işğal edəcək. Təsəvvür edirsiniz: uzun illər ABŞ-a qarşı birgə döyüşən müttəfiqlər qəfil üz-üzə gəlir və qalib gələn şimal ayısı yox, məhz “yatmış əjdaha” olur. Bunu rusiyalı ekspert Aleksandr Alladin deyir.

Onun fikrincə, Çinin Rusiyaya müdaxiləsi 99,9 faizdir. Yəni müharibəyə, daha doğrusu III Dünya müharibəsi səviyyəsindəki bir toqquşmaya 0,1 faiz qaldı deyə bilərik. Alladdinə görə, rəsmi Pekin mümkün müdaxilə üçün artıq hərəkətə keçib və Rusiya sərhədlərinə doğru beton yollar çəkir. Buna səbəbsə ağır hərbi texnikanın daşınmasına şərait yaratmaqdır.

Həftəni müharibə xəbəri ilə başladıq və deyəsən oxucular üçün də Çin-Rusiya müharibəsi sürpriz oldu. Amma müharibə sürprizi bununla bitmədi. Çin Rusiyaya qarşı müdaxilə planları qurmağında olsun, biz gözlərimizi illərdir qan içində olan Yaxın Şərqə dikək.

Türkiyə Suriyada Əl-Bab şəhərini İŞİD-dən təmizləmək üçün hərbi əməliyyatlar keçirir. Artıq şəhərin böyük hissəsi türk ordusunun əlindədir. Lakin indi daha böyük təhlükə yaranıb. Belə ki, gözü dönmüş Əsəd də Əl-Baba hücuma keçib. Yox, Əsəd hələ türklərə qarşı döyüşmür, onun da dərdi İŞİD-lədir. Amma əsas məsələ şəhəri kimin birinci almasındadır. Proqnozlara görə, əgər Əsəd Əl-Babı türklərdən öncə alarsa, o zaman, həngamə qopacaq və əsil böyük müharibə başlayacaq.

Müharibə cəbhələrindən biri də uzaqda yox, Dağlıq Qarabağdadır. Ermənilər yenə hücuma başlamışdılar. Ordumuz düşmənin cavabını verdi, hətta düşmən qüvvələrini tamamilə sıradan çıxartdı. Və cəbhədə baş verənlər qələbəyə çox az qaldığını göstərir.

Və görünən odur ki, yola saldığımız həftədə ən azı üç cəbhədən döyüş xəbəri gəldi. Bizi maraqlandıran Qarabağ cəbhəsidir. Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin ekstradisiyasına nail olan rəsmi Bakı da bəyan etdi ki, ərazi bütövlüyü məsələsində güzəşt etməyəcək və lazım gələrsə, özündən deyən ölkələrə qarşı açıq mübarizə aparacaq. Amma öz aramızdır, Lapşin məsələsində ermənilərə növbəti zərbəni də vurdur. Hətta Sarkisyanı söyənlər “Azərbaycan bizi parça-parça etdi” deyə yanıqlı-yanıqlı danışırlar.

Amma deyirəm bəzi oxucular üçün bunların heç bir fərqi olmadığı kimi, bəzi adamlar öz davalarındadır. Camaat müharibəyə hazırlaşır, bunlar da öz cəbhələrində artilleriyanı işə salıblar. Vaxtilə Aygünlə Röya dalaşanda, Namiq “divanı” tərk edəndə, filan müğənni filankəsin arxasında 10 milyonun qarşısında gizli qeybət edəndə bizim Xalq artistlərimiz onlara ağsaqqallıq edər, tövsiyə verər, heç nə verə bilməsələr də, ən azından tənqid edərdilər. İndi Aygünlə Röya yalan olub, Canəli Əkbərov barrikadanın bir tərəfində, digər muğam ustaları da digər tərəfində atışırlar.

Açığı niyə atışdıqlarını hələ də başa düşməmişəm, amma Xalq artisti Arif Babayev od püskürəndə məsələnin qəliz olduğunu anladım.

Allah ağıl versin deyirəm. Gələk Araz Əlizadəyə… Adam işini-gücünü atıb, tarixlə məşğuldur. Deyir ki, Nuru paşa Bakını xilas etmək üçün qızıl alıb, nə bilim, bizi ermənilərə türklər satıb.

Mən bir məsələni anlamıram: deputatı seçiciyə xidmət etmək və faydalı işlə məşğul olmaq üçün seçirlər. Bizim bəzi deputatlar isə mandat alanda kimi tarixçi, məsləhətçi, fermer, bənna və s. olmağa iddia edirlər. Səbəbini tapsanız, bizə də xəbər verin.

Əlqərəz, burda hər şey sona çatdı. Göydən üç alma düşmədi, çünki bayaqdan nağıl danışmırdım. III Dünya müharibəsində görüşmək ümidi ilə…

Dərhal klaviatura arxasına keçib, məni qınamayın. Mən heç də müharibə arzusunda deyiləm, sadəcə olaraq, Alladin qardaşın yalançısıyam. Adam deyir ki, müharibəyə 0,1 faiz qalıb. Ən yaxşısı, onu tapın, ürək sözlərinizi də ona deyin. publika.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Misoprostol For Sale Costo Levitra Canadian Cheap Meds cialis overnight shipping from usa Viagra Ricetta Ripetibile Can You Open Keflex Capsule Kamagra En Sachet