Fars millətçiliyi ilə İraqı parçalamaq istəyirlər.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyn səfəri zamanı etdiyi çıxışında dünya müsəlmanlarına səslənib.

Avropa.info xəbər verir ki, Ərdoğan çıxışı zamanı Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini bildirərək, İranın işğalçılıq siyasətini sərt şəkildə tənqid edib.
“Biz Suriyanın parçalanmasını istəmirik. Suriyanın parçalanmasına əleyhinəyik, amma bilin ki, kimlərsə həm Suriyanın, həm İraqın parçalanmasını istəyirlər.

İraqın bölünməsi işlərini aparanlar var. Orada məzhəbi savaşı ilə yanaşı, eyni zamanda etnik savaş da var. Çünki orada da bir fars millətçiliyini ortaya atıblar. Bu fars millətçiliyi ilə də İraqı parçalamaq istəyirlər.

Bunların qarşısını almağımız lazımdır. Oxşar vəziyyət Suriyada da var. Suriyada da bu yöndə gedən proseslərin almağımız lazımdır Bunun üçün də təbii ki Körfəz ölkələrinin, bizim üzərimizə düşən nə varsa, bunları birlikdə etməliyik . Çünki biz zülmə tamaşaçı qala bilmərik, qalmayacağıq” deyə Ərdoğan qeyd edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi