Prezident ölkəsində fövqəladə vəziyyət elan etdi



ABŞ prezidenti Donald Tramp Orovil su bəndinin çökmə təhlükəsi ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib.

Analoq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

D. Tramp Kaliforniya ştatına federal səviyyədə dəstək göstərilməsinə dair göstəriş verib. O, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar üzrə Federal İdarəyə məsələ ilə bağlı səyləri koordinasiya etməyə tapşırıb.

Qeyd edək ki, Kaliforniyada yerli hakimiyyət orqanları təxliyyə olunmuş insanların evlərinə qayıtmasına icazə versə də, təhlükənin artacağı təqdirdə atılacaq bütün addımlara hazır olmalarını da məsləhət görüb.

Xatırladaq ki, fevralın 12-də ABŞ-ın ən böyük su bəndi olan Orovil bəndinin çökməsi təhlükəsi ilə əlaqədar 120 km radiusda yaşayan 188 min əhali təxliyyə edilib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Albuterol Without Prescription Viagra Junge Manner Feline Allergic Realtion To Amoxicillin viagra Propecia Agente Cialis E Cecita