Bizi izləməyi unutmayın

#İqtisadiyyat

İlham Əliyev yeni sərəncam imzaladı

15-02-2017, 19:00 | 1 3872 dəfə baxılıb.

Bu sərəncam Azərbaycana mühüm yeniliklər gətirəcək, müəyyən müəssisələr qurulacaq, cinayəti törətməkdən çəkindirən hallar işə düşəcək və ölkədə penitensiar sahədə növbəti islahatlara start veriləcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamını şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

Millət vəkili ölkə başçısının bu sərəncamını humanistlikdən gələn bir addım kimi qiymətləndirib:

“Prezidentin bu təşəbbüsünün ən mühüm tərəfi odur ki, müəyyən cəza növləri var ki, onlarla bağlı birbaşa cəza müəssisələrinə hökmləri yumşaltmaq və cəmiyyətdən təcrid etməmək hallarına səlahiyyət veriləcək.

Yəni cinayətkarın tutduğu əmələ görə cəmiyyətdən təcrid edilməməsi mümkündürsə, belə hökmlər çıxarılacaq. Belə ki, bilməyərəkdən cəza törədildikdə müxtəlif alternativ cəzalar və cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etməmək üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulur.

Bu alternativ cəzaların verilməsi və prosesə daha dəqiq nəzarət edilməsi üçün Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılacaq və bu zaman bir sıra inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə ediləcək. Normal Azərbaycan cəmiyyətində yer tutmaq, yaxud da cəza çəkdikdən sonra yenidən ictimai həyata qayıtmaqdan ötrü böyük şərait yaradılacaq.

Bu sərəncam Azərbaycana mühüm yeniliklər gətirəcək, müəyyən müəssisələr qurulacaq, cinayəti törətməkdən çəkindirən hallar işə düşəcək və ölkədə penitensiar sahədə müəyyən islahatlara start veriləcək.

Cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılmasında iki istiqamət əsas götürüləcək: məhkəmələrin cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutması və qanunvericiliyin təkmilləşdirilməsiylə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması”.

Millət vəkili qeyd edib ki, sərəncama uyğun hazırlanacaq yeni qanun layihələri ilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə halları məhdudlaşdırılacaq:

“Bu, cəzaların və qətimkan tədbirlərinin tətbiqinə elektron vasitələrlə nəzarət həyata keçiriləcək. Bir sözlə, aparılan hüquqi islahatlar və kompleks tədbirlər nəticəsində cinayətlər dekriminallaşdırılacaq, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılacaq”.

Qeyd edək ki, fevralın 10-da Prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Cənab prezident sərəncam imzalayıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının