Ermənilər Amerika və İsrailə mane olmaq istəyirlər



“Hay Dat” Erməni Milli Komissiyası ABŞ Dövlət Departamentinə müraciət edib.

Cebhe.info-nun məlumatına görə, ermənilər ABŞ hökumətini İsrail tərəfindən “Dəmir Günbəz” Amerika texnologiyasını Azərbaycana və üçüncü ölkəyə ötürülməsinin qarşısını almağa çağırır.

Dövlət Departamentinin hərbi-siyasi bürosuna məktubda qeyd edilir ki, “Dəmir Günbəz” ABŞ-ın bölgədədki maraqlaranı təhlükə altına alır və silahlanma yarışının yeni mərhələsinə çağırışdır. “Bu baxımdan, sövdələşmə sülhün bərqərar edilməsi üzrə və bölgədə sabitliyə yönəlik səyləri heçə endirir”- müraciətdə belə deyilir.

“Hat Dat” Komissiyası “Dəmir Günbəz”in satışına dair rəsmi protokollarla tanış olmaq istədiyini bildirib. Təşkilatın Vaşinqton bürosunun rəhbəri Aram Abramyanın imzası ilə göndərilən sənəddə “Dəmir Günbəz” sisteminin alınmasına dair fəal danışıqların İsrailin baş naziri Benyamin Netanyahunun 2016-cı ilin dekabr ayında Azərbaycana səfəri zamanı başlandığı göstərilir.

Ermənistan mediasının yazdığına görə, ABŞ-ın “Raytheon” firması 2014-cü ildə “Dəmir günbəz”a aid olan “Tamir” raketlərinin istehsalı ilə bağlı hərracda qalib gəlib. Müqavilənmin dəyəri 149.3 milyon dollar təşkil edib.

Müşfiq

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi