Kərbəla ziyarətgahında terror törətmək istəyən saxlanıldı



Müqəddəs Kərbəla ziyarətgahında terror aktı törətməyə cəhd edən terrorçu İraqın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Missiya.Az xəbər verir ki, ötən gün yaxalanan terrorçu sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri olub.

Buna, teraktı törətməyə cəhd edən İŞİD terrorçusunun qadın paltarı geyinməsi səbəb olub. Məlumata görə, terrorçunun qrim və makyajı o qədər mükəmməl olub ki, hüquq mühafizə orqanları ilk baxışdan onun kişi olduğunu başa düşməkdə çətinlik çəkiblər.

Daha əvvəl PKK və PYD terrorçularının analoji addımı atdıqları məlum olsa da son günlər İŞİD terrorçuları da bu yola getməyə başlayıblar.

Belə ki, Suriyanın Əl Bab şəhərində hərbi əməliyyatlar keçirən Türkiyə hərbçiləri, son günlər İŞİD terrorçularının qadın paltarı geyinərək qucaqlarında körpəylə hədəfin üstünə getdiklərini bildirib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi