Qələm əhlinin dinə münasibəti necədir?



Analoq.az facebookda şair və yazıçıların dinə olan münasibətini öyrənib.Qələm adamlarının fikirlərini təqdim edirik:

Kəmaləddin Qədim
şair


Mən birmənalı olaraq dinə bağlı adamam...Uzun illərdi ibadətlə məşğulam,namaz qılıram.Amma şeir ibadətimin yaşı bu ibadətimin yaşından da qədimdi..


Çinarə Ömray
yazıçı

Məncə din özü də bir qələmin bəhrərsidir. Və qələm adamlarının da bəzən dini redaktə etmək istəyi də ordan doğur düşünürəm. Mənə görə bir yaradan mütləq vardı. Amma o insanların kiçiltdiyi qədər kiçik deyil. Məsələn mənim yaradan anlayışım o qədər boş bekar deyil ki, durub Vəlini güdə ki, Vəli Əhmədin arvadına baxıb zina elədi ya yox, ya da o qədər boş bekar deyil ki, otura gözlüyə ki, Həsən tualetə Sağ ayağıyla girdi yoxsa sol?Məncə yaradan planetlər, günəş kimi daha mühüm işlərlə məşquldur.
Gəlin yaradan anlayışın belə kiçiltməyək deyərdim.


Şəfaqət Cavanşirzadə
yazıçı-ssenarist


Dinlərin olmasının əleyhinə deyiləm. Nəzərə alsaq ki, yaşadığımız dünyada insanların əksəriyyəti insanlığını, vicdanını inancıyla bağlıyır, deməli, olması yaxşı haldır. Cümləmin arxasında da dayanıram. Sübut olunmayan o dünyadakı sorğu-sual qorxusu haqsızlığa məruz qalan insanları hardasa qisas almaq hissindən qoruyur. Əslində isə, həqiqətın dinin olub-olmamasıyla bağlı şübhələrim var. İnanc olaraq təkcə allaha inanıram. Allahı isə, vicdanım hesab edirəm. Kiməsə haqsızlıq etdiyim gün allahı unutduğum gündür. O dünyadan çox ruhların yenidən doğulmasına daha çox inanıram. Yəni, insan doğulur, ölür və yenidən başqa bədəndə doğulur. Vəssalam!

Dilqəm Əhməd
Yazıçı,tətqiqatçı-jurnalist

"İnsanların hər hansı bir dinə inanmasına, həyatlarını həmin dinin qanunlarına əsasında qurmasına sayğı duyuram. Başqalarının həyatına müdaxilə etmədiyi təqdirdə hər hansı bir dinlə problemim yoxdur. Dinin insanların qəlbində və evində yaşamasını istəyirəm. Evdən və qəlbdən çölə çıxan din artıq siyasiləşməyə, radikallaşmağa səbəb olur. Avropa bu prosesi iki yüz il öncə tamamaldı. Şərq dünyasında da bu məsələnin həll olunmasına gərək var".



Habil Rzanur Mustafayev
şair

Dini bağlılıq, dini inanc, və din.Təbyiki müsəlman olduğumuz üçün bu mövzü İslam dininə aid olunub.Bir gənc yazar (şair) kimi onu deyə bilərəm ki, şairlər həmişə yoxu var etmək istəyənlərdir.Bu da elə bir başa olmasa da Allahlıq iddiasıdır.
Ramiz Rövşən demişkən.
"Allahın qulusan, sözün Allahı"
Bəli bu həqiqətdə belədir, yəni şair olmaq elə bir başa Allaha dinə bağlı olmaqdır.Təbyi ki bu mənim şəxsi fikrimdir.Mənə dini sevməyən insan anlayışı çatmır, yəni ki, sevmək özü də ilahidən bizə gəlmiş ən sadə və bir o qədərdə anlaşılmaz bir istəkdir.Dini inkar və ya təstiq etmə elə sevgini və ya sevməyi inkan etməkdi.Amma əslində sevirsən.Və yenə öz şəxsi fikirim olaraq deyirəm ki, sevgidə bu "qürür" dində isə sadəcə kiminə "imicdi" yəni mən dinə inanmıram."Hamının fikrinə hörmət edirəm" bax bu özüdə bir ibadətdir.Mən öz dinimə inanır və sayğı duyuram, necə ki, " mən dinə inanmıram" deyənlərin fikirinə sayğı duyuram.Məncə öz dininə, əqidənə sahib çıxmaq özünün sadəcə ət və qandan ibarət olmadığını bilmək, içindəki "səni" tapa bilməkdi.



Əsəd Cahangir
Tənqidçi

Ədəbiyyat, incəsənət və elmin son məqsədi ilahi həqiqətin dərki deyilsə, o yanlış yoldadır və mahiyytə etibarilə zərərverici rol oynayır.


Nəcibə İlkin
Şair-publisist

İslam dini bütün peyğəmbərlrimizin dinidir Din- insan və onun qanunlarının öz ixtiyarı və iradəsi çəkisində ilahi eşqdir. Din- Allaha itaətdir. Saflıqdlr, haqq-ədalətdir. Din- mənəviyyat və insanlıq elmi olmaqla onu Yaradanı tam anlamaqdır.İnsanın kamillik yolunun göstəricisidir. O, elmin, insani dərkin, mənəvi dünyagörüşün, bir sözlə insanlıq elminin göstəricisidir. İslam dini bütün peyğəmbərlərimizin dinidir. Məhz bu din Peyğəmbərimizlə öz kamillik zirvəsinə çatmışdır.Çox əfsuslar olsun ki, indi din pərdəsi altında insanlığın və onun mənəviyyatının zəifləməsi yolunda fanatizm, xurafatçılıq deyilən çirkin oyunlarla dinə və onun gözəlliyinə xərəl gətirən amillərə yol verənlər var. Din insanlığın yaradılışı və insani tərbiyədir.



Şəhanə Müşfiq
şairə

Əslində din(lər) haqqında çox da düşünmürəm, ya da düşünməməyə çalışıram deyək. Çünki elə də vacib hesab etməməmişəm heç zaman. Mən Allahı qəbul edirəm və onu sevirəm. Uşaqlığımdan müsəlman ailədə doğulub, müsəlman mühitdə yetişmişəm, bir növ suyumla, çörəyimlə, qanımla hopub müsəlmanlıq canıma. Əslində, nə tam olaraq, qəbul etməyə şübhələrim imkan verir, nə də birmənalı şəkildə rədd etməyə gücüm var. Bəlkə də ona görədir ki, qaçıram hər zaman bu mövzulardan. Dini kitabları oxumuşam, azdan-çoxdan məlumatlarım var, amma yenə də nəsə çatmır və mən hələ o "nəsə"nin konkret nə olduğunu tapmamışam. Amma içimdəki bunca şübhələrə baxmayaraq, hər bir dinə və o dinə mənsub olan insanlara böyük hörmətim var. Fikrimcə, kimsənin əqidəsi sorğulanmaz. Çünki müsəlman məscidində, xristian kilsəsində dua edərkən, bir hindli inəyə qurbanlar kəsib dini ayinlərini icra edərkən də özü üçün edir, mənim üçün yox. Və mənə aid olmayan işlərə, xüsusən insanların şəxsi ilə bağlı işlərə qarışmamağı öyrənəli çox oldu. Nə zamansa uşaqların və anaların ölümünü yasaqlayan, insana birmənalı şəkildə sevgini aşılayan din olarsa, yəqin ki, mən də o dinə sitayiş edərəm!Allah dindarı da, dinsizi də pənahında saxlasın!



Sərəstan Gur
şair-ssenarist

Ümumiyyətlə bu sorğuya məndən qabaq kimlərin necə cavab verdiyini bilmirəm.İnşallah dostların fikirlərini sayt vasitəsiylə oxuyub biləcəm.Mənim fikrimcə hər kəs öz işiylə məşğul olmalıdır.Ona görə ki,islam dinində parçalanmalar məhz dinin yerində olmadığına görədir.Hər bir təriqətin arxasinca düşəndə əlbəttdə dində parçalanmalar olacaq.Din,biz müsəlmanlara Allahın göndərdiyi ən böyük nemətdir.Onu Allah-Təala bizə ərmağan edəndə demədiki onu təriqətlərə bölün.Bu bölgülər dinin uğursuzluğuna gətirib çıxarır.Din gözəllikdir,sevgidir amma Allah deyil.


Ayaz Arabaçı
şair


Mən Marksın fikrini təsdiqləyirəm:Din insanlar üçün tiryəkdir..


Savalan Talıblı
jurnalist

Mənə görə din yalnız insanları idarə etmək üçün vasitədir.Mən bunu həmişə demişəm.Bildiyimiz dörd müqəddəs kitabın dördünü də oxumuşam.Hamısına hörmətlə yanaşıram.Amma Tanrını,Tanrıya olan sevgini mən heç vaxt o kitablarda axtarmamışam.Mən Tanrı sevgisini əxlaq,vicdan kimi dəyərləndirirəm.İnsanın əxlaqı,vicdanı olmasa Tanrını sevib qəbul etmək mümkünsüzdür.Əgər dediklərim bir insanın ruhunda yoxdursa ona bunları aşılamaq üçün heç bir din kömək edə bilməz.Din insanları parçalamağa və onları rahat şəkildə idarə etməyə yarayan ən yaxşı vasitədir.



Tural İrfan
İlahiyyatcı-yazar


Qələm dində müqəddəsdir. Allah sonuncu kitabı Quranda Qələmi uca tutur və ona and içir. Qələm surəsi var müqəddəs kitabda. Şairlər surəsi də var. Hətta qələmin yazdıqlarına da Allah and içir. Yəni qələm əhlinin yazdıqlarını da müqəddəs bilir və qəsəm edir...Quran "oxu" əmri ilə başlayır. Peyğəmbərimiz də şeir deyib ara-sıra. İmam Əli müqtədir bir şair idi. Onun " Divani - Əmir" adlı şeirlər divanı var. Hazırda əlimdədir.Davud peyğəmbərin Zəburunu Allah tam şeir üslubunda nazil edib.Allah islam dinində alimin mürəkkəbini şəhidin qanından üstün tutub. Peyğəmbər bir saatlıq elm öyrənməyi altmış illik ibadətdən üstün tutub.İmam Əli deyirdi : Mənə bir hərf öyrədənə qırx il qul olaram !Bir neçə kitab müəllifi, Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliklərinin üzvü, eyni zamanda ixtisasca ilahiyyatçı olaraq deyə bilərəm ki, mənim bir qələm əhli kimi dinə- islama münasibətim müsbətdir. Bir çox gənclərimiz son zamanlar populyarlıq qazanmaq, qeyri-adi görünmək üçün ya özlərini anormal aprırlar, ya da dini, müqəddəsləri təhqir edirlər.

Bu, sırf onların düşüncəsizliyidir. Biri, hər gün içərək özünü Ömər Xəyyama bənzətmək istəyir, biri saqqal uzadaraq Tolstoya oxşadır özünü, biri guya Tanrıya üsyan etməklə Mirzə Fətəlilik etmək istəyir. Gah da ləqəblərinin önünə, soyadlarının sonuna "bəy", "ağa", "xan" və.s kimi "böyüdücü" kəlmələr- sadəcə kəlimələr artırırlar, öz varlıqlarını daha böyük göstərmək üçün. Çox bayağı çıxır belə çırpınışlar...Sən Xəyyam olub Tanrıya sual vermək üçün gərək Xəyyamın riyaziyyatından, astronomiyasından, fəlsəfəsindən heç olmasa bircə qətrə biləsən. Yoxsa çaxır içməklə Xəyyamlıq olmaz.Sən Sabirllik, Seyid Əzimlik, Axundovluq etmək üçün gərək dini və dinləri, fəlsəfəni əzbər biləsən...Yoxsa beş masson yazıçının Qərbdə çap olunmuş cızma-qarasını ordan-burdan oxuyub Tanrıya şıllaq atmaq olmaz !

Din, insanın, həyatın mahiyyətini, varlığın mahiyyətini açıqlayır. Özünəməxsus şəkildə təbii ki. Din qələm əhlinə çox şey verir. Nizami, Füzuli, Nəsimi dinli idilər. Heç də dövrün tələbinə uyğun olaraq, bəzi Sovetşünasların iddia etdiyi kimi üzdə dinçilik etmirdilər. İstəsələr Xəyyam kimi də ola bilərdilər. Cəlil Məmmədquluzadə kimi də olardılar. Lap Axundov kimi də edə bilərdilər. Onlar səmimi olaraq dinə inanırdılar və əsərlərini də din fəlsəfəsi üzərində yazırdılar. İndi ona görə Nizamilər yetişmir ki, indi dinə inam zəifləyib. Ona görə Fərabilər, Bəhmənyarlar yetişmir ki, Quranı qəbristanda oxuyurlar. Ona görə İbn Sinalar yetişmir ki, dini elmdən, elmi dindən ayırıblar...Dini inkar etməyə qalxan müsəlman qələm əhli İbn Sinanın, İbn Rüşdün, Qəzzalinin fəlsəfəsini oxuyub, elmlə nəsə ortaya qoysa bu başqa məsələ. Yoxsa əsassız olaraq öz dininə qarşı gəlirsə, bu cahillikdir, nadanlıqdır. Belələri bəzi üç günlük müğənnilər kimi yaddan çıxıb unudulacaqlar. Tanrı əbədidir. Tanrıyla dost ol ki, o da səni öz əbədiliyinə dost etsin. Necə ki, Nizaminin Onun adı ilə başladığı Xəmsəsi, Füzulinin Onu mədh etdiyi külliyatı əbədi yaşayır...

Bəzi şarlatanların və riyakar ruhanilərin din adından eybəcərliklər etməsi, ağıllı adamlarda dinə qarşı sui-zənn yaratmır. Yalnız sabitqədəm olmayan,dayaz təfəkkürlülər bir şəxsin simasında əqidələrini qurban verirlər. Yer üzündə dinsiz adam yoxdur. İslam, Biddizm, İudaizm, Xristianlıq və .s. Bir çox xalqların dinsiz olduğunu deyə bilərsiniz. Ancaq bu belə deyil. Dinsizlik özü də bir dindir. Din insanın fitri ehtiyacından doğan bir həyat yoludur. İndiyəcən bəşəriyyəti dinlər nizamlamayıbmı? Bütün böyük fatehlər, imperatorlar din əsasında irəliləməyiblərmi?Dində zahiri qanunlardan savayı, batini, mənəvi, ruhi məsələlər daha çoxdur. Lakin təəssüf ki, inkarçılar bunları görmədən dinsizliyə yuvarlanırlar.Əgər dünyəvi qanunlar, nizam- intizam qaydaları bəşərin cisminə, fiziki dünyasına daha çox aiddirsə, din isə bir o qədər insanın mənəvi, ruh dünyasına hakimdir. Şeir və poeziya da bilavasitə mənəviyyatla əlaqədar olduğundan dinlə yaradıcılıq həmişə uzlaşır.Şərqin bütün dahilərini Allah, din məşhurlaşdırıb. Dinə əsaslanıb, dinə müsbət yanaşıb yazıblar, din əhli də onları sevib, məşhurlaşdırb.

Lap elə dinsizləri də din məşhurlaşdırıb: dini inkar etməklə dilə-dişə düşüb tanınıblar, yadda qalıblar. Axundov heç də güldən-çiçəkdən yazsaydı indiki kimi tanınmayacaqdı. Din onu məcbur etdi ki, o filosof olsun, daha dərin elmlərə yiyələnsin ki, alternativ fikir ortaya qoya bilsin.İslam olmasa idi Nəsimi hansı iki aləmdən danışacaqdı. Xəyyam hansı axirəti inkar edib tənqid olunaraq məşhuri-cahan olacaqdı? Əgər İblis Adəmi azdırıb lənətlənərək dilə-dişə düşməsəydi, milyonlarla digər mələklər kimi onu da indi heç kəs tanımayacaqdı.Əks-təbliğat özü də bir təbliğatdır. Bu gün İblisi tanıdan dindarlardır, habelə yaşadan.Yezidi yaşadan Hüseynçilərdir.

Yəni ağn ağlığını bilməmiz üçün, qaraya ehtiyac vardır.Xeyrin qədri bilinmək üçün şər olmalıdır. İmam Hüseyn də digər İmamlar kimi adi olacaqdı əgər Yezid onu faciəli şəkildə öldü



Gülnar Səma
şair

Mənim dinim elmdir. Mən heç vaxt dini ibadətlə məşğul olmamışam, nə vaxtsa da məşğul olacağımı düşünmürəm. Həmişə belə bir fikirdə olmuşam ki, din kütləni idarə etmək üçün hakimiyyətin idarəetmə vasitələrindən biri olub. Tarixi fakt faktdır. Makedoniyalı İsgəndər də ölkələri ordusu ilə zəbt edib, peyğəmbər və ardıcılları da. Nəticədə isə dövlətçilik qanunlarına uyğun dövlət qurulub. Yəni hər iki dövlətdə hakimiyyətə qarşı çıxanlar cəzalandırılıb. Hər iki dövlətdə məmur nəsli maddi təminatlı yaşayıb, qara camaat isə bir qarnı ac, bir qarnı tox. Öz ölkəsində bir tələbənin təhsil haqqını ödəməyib, gedib Kəbədə pullarını xərcləyən insanların ibadəti mənim üçün qəbuledilməzdir. Hələ “hacı” sözündən brend (marka) kimi istifadə etmək isə iqtisadi inkişafa hesablanıb. Yəni nəticədə satış və alış var. Kiminsə biznesinin inkişafı var. Bir sözlə, din pərdəsi adı altında varlanmaq daha asandır.





Fərid Hüseyn
şair

Dinə münasibətim yaxşıdı. Allaha və dərk etdiyim qədər dinə inanıram


Günel Fərhadqızı- yazıçı, tənqidçi, bıloqçu,satirik


Dinə inanmıram. Ona siyasət və idarəetmə və insanların beyninin yuyulması və reallıqlardan uzaqlaşdırılması kimi yanaşıram. Nəzərə alsaq ki, bir çox dini liderlərinin özünü dindən anlayışı yoxdur, ya da anlayışı ola-ola dinə zidd yaşayır, hərəkət edirlər, üstəlik insanlara dini təbliğ edirlər, o zaman nə onlar, nə onların özü mənim üçün önəmlidir, nümunədir.



İsrail Fərhad
şair


Mən özümü qələm adamı hesab eləmirəm. Amma fikrimi də deməkdə bir qüsur görmürəm. Mənim üçün Allah var olmasına inanmaq çox vacibdir. Yalnız Allahın var olması qəlbimi rahat edə bilər. Bu mövzu ilə bağlı şübhə doğuracaq məqamlardan qaçmaq istəuirəm. Bir insan kimi cilalanmağımdaAllahın varlığına inam çox gömək edir mənə. Bundan maşqa dindar adamlarla alış-veriş etmək çox rahat olur. Adamı aldatmırlar. Dindar adamların işlətdiyi yeməkxanalarda rahatlıqa yemək yeyə bilirsən. Mən "halal haram" anlayışından danışmıram. Mal əti əvəzinə məsəl üçün at əti, donuz və s.əti vermirlər sənə. Lap ateist ol. Sən yediyin məhsulun nə olduğunu bilməlisən. Bazarda aldının məhsulun məsəl üçün Çin və ya Türkiyə malı olduğunu bilmək istəyirsənsə dindar adamdan alış-veriş et. Mən demirəm qeyri-dindarlar hamısı yalançı olurlar, əsla. Onların da ehtibarlısı çoxdur. Hər halda mən belə edirəm.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi