Gürcüstan vətəndaşları üçün yaşıl işıq yandı



Avropa İttifaqı Şurası Gürcüstanla vizasız rejimin tətbiq edilməsini təsdiqləyib.

Analoq.az APA-nın verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat katibliyi açıqlama yayıb. Müvafiq qərara əsasən bundan sonra Gürcüstan vətəndaşları 180 günlük müddətdə 90 günədək Aİ ölkələrinə vizasız səfər edə biləcək.

Martın 1-də Avropa Parlamentinin prezidenti və Avropa İttifaqına sədrlik edən ölkənin nümayəndəsi qanunvericiliyə dəyişiklikləri imzalayacaq. Bundan sonra dəyişikliklər Aİ-nin jurnalında dərc olunacaq və 21 gün sonra qüvvəyə minəcək.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi