Dünya rəssamlar günü qeyd olundu



Fevral ayının 27-si qeyri-rəsmi olaraq "Dünya rəssamlar günü" kimi qeyd olunur. 15 ildir keçirilən "Dünya rəssamlar günü"nün təşəbbüskarı və ideya rəhbəri Çoban rəssam da bayram münasibətilə Azərbaycan rəssamlarını təbrik etdi. Bu günü bütün dünya rəssamları böyük coşğuyla qeyd edir.

"Dünya rəssamlar günü"nü Azərbaycan rəssamları da qeyd edib. UASB-nin və "Dünya rəssamlar günü"nün təşkilat komitəsinin üzvü, Azərbaycan təmsilçisi rəssam Nəvai Metinin rəhbərliyi ilə bu gün Sedet ART Gallery-də tədbir keçirilib. Azərbaycan rəssamları da bu tədbirə qatılıb.

Rəssamlar Qafar Sarıvəlli, Oqtay Əliyev, İdrak Novruzov, Naqiyə Rzayeva, Pərviz Əsədov, Aynurə Mustafayeva, Validə Əliyeva, İsmayıl Əhmədoğlu, Etibar Qoca və başqaları, xüsusi qonaqlar Ahıska türkləri cəmiyyətinin sədri İbrahim Burhanov, şair Mikayıl Bizalqanlı çıxış edərək, bu günkü günün mahiyyətindən danışıblar.

Tədbirin təşkilatçısı olan Nəvai Metinə minnətdarliqlarını bildiriblər. Rəssamları təbrik edərək, yaradıcılıq uğurları arzulayıblar.

Günay Nəriman
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi