Azərin ermənilərin müdafiəsinə qalxan türkü SUSDURDU: "Dərhal ÜZR İSTƏSİN!"



Türkiyəli musiqiçi Uğur Işılak “Çırpınırdı Qara Dəniz” mahnısının erməni bəstəkara aid olduğunu söyləyib.

Analoq.az BiG.AZ-a istinadən xəbər verir ki, onun bu sözlərinə azərbaycanlı ifaçı Azərin sərt cavab verib. O, sözügedən mahnının müəlliflərinin kimə aid olduğunu göstərən rəsmi sənədləri olduğunu və bu məsələdə heç bir mübahisəyə ehtiyac olmadığını qətiyyətlə vurğulayıb:

“Işlak çox böyük səhv edib, dərhal türk xalqından və mahnının bəstəkarı və sözlərin müəllifindən üzr istəməlidir”.

Azərin "Çırpınırdı Qara Dəniz" mahnısının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə Əhməd Cavada aid olduğunu qeyd edib:

"Bu mahnı arxivlərdə və sənədlərlə mövcuddur. Mən yaşadığım müddətdə "Çırpınırdı Qara Dəniz" mahnısı “Sarı Gəlin”-lə eyni taleyi yaşamayacaq".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi