İraq hədələdi: “Türkiyə anlamalıdır...”



Terrorizmlə hər yerdə mübarizə aparmaq lazımdır.

Analoq.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Xarici İşlər naziri İbrahim Cəfəri söyləyib.

“Biz illərdir başqa ölkələrin terrorizmə qarşı mövqelərini nəzərə almadan bununla mübarizə aparırıq. Digər ölkələrin də terrorizmi anlamasını istəyirik. Türkiyə terrorizmin hər kəsi öz ağuşuna alacağını anlamalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyəni Başikaya öz ordusunu yeritməsindən sonra Bağdad-Ankara münasibətləri pisləşib. Həm Bağdad, həm də Dəməşq Türkiyəni ölkələrində yaranan destabilizasiyanın əsas müəllifi sayırlar.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi