Asəf Hacıyev:"Ermənistandakı mətbuat konfransında səsləndirdim ki, nə üçün qəbristanlığı məhv etmisiniz?



Ermənistandan yenicə qayıtmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının (PA) sədr müavini, bu təşkilatda Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyevin APA-ya müsahibəsi.

– Azərbaycan nümayəndə heyəti Ermənistanda necə qarşılandı?

– Çox normal qarşılandıq. Biz orada iclaslara qatıldıq. Bir qayda olaraq ölkə prezidentinin assambleyaya müraciəti olur. Ermənistan prezidentinin müraciətində belə bir cümlə var idi ki, şərtsiz olaraq sərhədlər açılmalıdır və QDİƏT-ə daxil olan ölkələr arasında əməkdaşlıq başlamalıdır. Biz təbii ki, onun cavabını verdik. Dedik, nə qədər ki, Azərbaycanın torpaqları işğal altındadır, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmayıb, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Onu da qeyd etdik ki, bu gün Ermənistanın dövlət büdcəsi 2 milyard ABŞ dollarından bir qədər çoxdur, amma Azərbaycanın dövlət büdcəsi 25 milyard dollara yaxınlaşır. Həmçinin, ölkəmizlə bağlı digər rəqəmləri səsləndirdim. Bu da o deməkdir ki, müstəqillik illərində Ermənistan işğalçı siyasət aparıb, Azərbaycan isə inkişaf yolunu seçib. Bu fərq iki ölkə arasında getdikcə böyüyür. Ona görə də Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, ondan sonra əməkdaşlıq haqqında söhbət gedə bilər.
Mətbuat konfransında sual verildi ki, siz ora niyə işğal altında olan torpaqlar deyirsiniz, axı biz azad edilmiş ərazilər deyirik? Sual verəndən soruşdum ki, siz prezidentinizə inanırsınızmı? Cavab verdi ki, bəli, inanıram. Onun diqqətinə çatdırdım ki, bu yaxınlarda Ermənistan prezidenti Serj Sərkisyan özü bəyan edib ki, Ağdam Ermənistan ərazisi deyil. Bildirdim ki, hətta ölkə prezidentinin də etiraf etdiyi kimi, Ağdam Ermənistan ərazisi deyilsə, Ermənistan əsgəri Ağdamda nə gəzir? Deməli, Ermənistan Ağdamı işğal edib.

– Siz Ermənistan haqqında “işğalçı” sözünü işlədərkən hansısa aqressivlik göstərildimi?

– Yox, belə şey olmadı. Biz siyasi mədəniyyəti olan bir xalqıq. Biz sadəcə, olan faktları deyirik ki, Azərbaycan torpaqları işğal edilib və azad olunmalıdır.

– Nümayəndə heyətinin təhlükəsizliyi necə qorunurdu?

– Təhlükəsizliyimiz doğrudan da tam təmin olunurdu və heç bir problem olmadı. Sakitlik idi. Bizi bir neçə nəfər mühafizə edirdi. Onlar səfər başlayandan Ermənistanı tərk edənə qədər bizimlə idilər.

– Bu, Sizin Ermənistana birinci səfəriniz deyildi...

– Mən ikinci dəfə idi ki, Ermənistana səfər edirdim. Hətta çıxışımda onu da qeyd elədim ki, altı il əvvəl prezident Köçəryan şərtsiz olaraq iqtisadi əməkdaşlıq başlansın deyirdi. Bildirdim ki, altı ildə sizin siyasətiniz dəyişməyib və ölkəniz nə vəziyyətə düşüb. Bizim də siyasətimiz dəyişməyib, yəni şərtsiz olaraq torpaqlarımızın azad edilməsini istəyirik. Amma bizim ölkədəki inkişaf göz önündədir.

– Bu altı ildə İrəvan şəhərində nə qədər dəyişiklik olub?

– Hər halda, dəyişiklik olub. Amma Bakı ilə müqayisə edilə bilməz.

– Siz yalnız İrəvanda oldunuz, yoxsa digər bölgələrə də getdiniz?

– Təkcə İrəvanda olduq. Nümayəndə heyətinin üzvlərindən olan Hatəm müəllim İrəvan yaxınlığında doğulub, 18 il orada yaşayıb. Biz onun kəndinə getmək istəyirdik. Amma icazə vermədilər. Bunu belə izah etmək olar ki, altı il əvvəl deputatımız Musa Quliyev Urud kəndini ziyarət etmişdi, orada videoçəkiliş aparmışdı. Videolentdən görünürdü ki, kənddəki qəbristanlıq məhv edilib, qəbristanlıqdan əsər-əlamət qalmayıb. Bunu mən o vaxt Ermənistandakı mətbuat konfransında səsləndirdim ki, nə üçün qəbristanlığı məhv etmisiniz? Bu səbəbdən də bizi indi getmək istədiyimiz kəndə buraxmadılar. Əldə etdiyimiz məlumata görə, həmin kənd dağıdılıb.

– Mübariz Qurbanlı Milli Məclisdə çıxış edərək dedi ki, nümayəndə heyətimizə qarşı təxribat olub, erməni mətbuatı xəbər yayıb ki,guya Azərbaycan nümayəndə heyəti uydurma “erməni soyqırımı” abidəsini ziyarət edib və ora əklil qoyub...

– Bu məsələdən xəbərim var.Əlbəttə ki, belə bir şey olmayıb, hansısa ziarətdən-filandan söhbət gedə bilməz.Ümumiyyətlə,digər nümayəndə heyətləri də məlum abidənin qarşısına əklil qoymayıblar.Bu barədə protokolda göstərilməyib. Bu, sadəcə jurnalistlərin uydurmasıdır.

– QDİƏT Parlament AssambleyasınınAzərbaycanda keçiriləcək 40-cı plenar sessiyasına yəqin ki, Ermənistan nümayəndə heyəti də dəvət olunacaq.
– Yəqin ki, dəvət olacaq.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi