Ermənistanda sosial etirazlar güclənir



Ermənistan, hər an partlayacaq bombanı xatırladır. Ölkə əhalisi iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Bu da sosial etirazlar gücləndirir.

Lida Xanzadyan həyat yoldaşı, qızı və nəvələri ilə birlikdə 24 kvadratmetrlik evdə yaşayır. Ailənin başçısı Zaven əvvəllər bərbər işləyib. İndi isə işsizdir. İxtisasça müəllim olan Lida isə pensiyaya çıxdıqdan sonra iaşə obyektlrindən birində xadimə kimi iş tapıb.

Lida Xanzadyan:

- Bu işi zorla tapmışam. Baxdılar ki, yaşlı qadınam halıma acıdılar. Gördüyüm işin müqabilində ayda cəmi 6 min dram pul verirlər. Başa düşürəm, dilənçi payıdır. Amma nə edim. Məcburam.

3-cü qrup əlil olan Lida ailənin yeganə işləyən üzvüdür. Həftədə bir neçə dəfə yaşadığı yerdən mərkəzə kimi saatlarla yol qət edir ki, çalışdığı iaşə obyektini silib-süpürsün. Bu qadın bir vaxtlar yeganə oğlunu qürurla əsgər yola salıb. Üç ay sonra onlara oğlunun qospitala yeləşdirilməsi ilə bağlı xəbər gəlir. Hərbi hissədəki rütubət əsgərin ciyərlərini məhv edir və bir müddət sonra onun ölümü ilə nəticələnir.

Lida Xanzadyan:

- Ümüdüm oğluma idi, onu da dövlət əlimdən aldı. 37 ildir evliyik və bu balaca iki otaqlı evdə yaşayırıq. Nəmişlikdir, heç bir şəraiti yoxdur. Qazımız yoxdur. Evi çöldən yığdığımız çırğı ilə isidirik. Ailəmin ümumi aylıq gəliri 49 dollardır. Bununla yaşamaq mümkün deyil. Borclu olmadığımız tanış qalmayıb. Ömrümün yarıdan çoxunu bu dövlətə xidmət etmişəm. Dövlətin müəlliminə münasibətinə baxın! İş fəaliyyətim bitən kimi atıldım bir küncə.

Bu gün Ermənistanda Lida Xanzadyanın taleyini yaşayan minlərlə insan var. Onlar iş tapa bilmirlər, çətin şərtlər altında həyatlarına davam edirlər. Ən böyük problem isə sosial təminatla bağlıdır. Belə insanlar dövlətdən heç bir yardım və güzəşt əldə edə bilmirlər. Əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bütün bunlarda höküməti günahlandırır. O, “Joxovurd” qəzetinə müsahibəsində bildirib ki, Sarkisyan indiyədək hakimiyyətdəki yerini mökəmləndirməkdən başqa heç nə etməyib.

9 il ərzində bu klan Ermənistanı səfillərin ölkəsinə çevirib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilmir. İnsanların yaşayış səviyyəsi həddindən artıq ağırdır. Artıq Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir. Xarici borc isə 8 milyard dollardır.

Durmadan artan bu rəqəm Ermənistanı iqtisadi kollapsa gətirib çıxaracaq. Keşmiş nazirin sözlərinə görə bununla Ermənistan nəinki pis, hətta borc içində yaşayır. Son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Baqratyanın şəxsi məlumatlarına görə isə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Doxycycline And Cephalexin Drug Interaction viagra Levitra Blog