Trampdan müsəlmanlara daha bir qadağa-Son xəbər



ABŞ Prezidenti Donald Tramp miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı yeni sərəncam imzalayıb. Sənəd 90 gün ərzində Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a daxil olmasının qadağan edilməsini nəzərdə tutur.

Qadağa adı çəkilən ölkələrin artıq viza və ya ABŞ-da yaşayış icazəsi almış vətəndaşlarına aid edilməyəcək. Donald Trampın yanvarın sonunda imzaladığı və məhkəmə tərəfindən icrası dayandırılmış sərəncamdan fərqli olaraq yeni sərəncam İraqa şamil edilmir.

İraqın bu siyahıdan çıxarılması onun sənədlərin yoxlanılması prosedurunu sərtləşdirməsi və ABŞ-la birgə “İŞİD” terror qruplaşmasına qarşı mübarizə aparması ilə əlaqələndirilir.

Bundan əlavə, sənəd qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırımasını nəzərdə tutur. Bu müddət ərzində əlaqədar qurumlar sığınacaq axtarışında olanların yoxlanılması prosesinin optimallaşdırmalıdır. Sərəncam martın 16-dan qüvvəyə minəcək.
aztv.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi