Fransada Novruz bayramına aid silsilə tədbirlər keçirilir



Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyası təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib.Bu barədə Analoq.az saytında Fransada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri,Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari FƏTƏLIYEVA məlumat verib.

O qeyd edib ki, Şəhərin meri Didiye Kantən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasınin Prezidenti, Fransa parlamentinin üzvü, Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul etdi.

Səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək ölkəmizin mədəniyyətinə göstərilən diqqət üçün bütün meriya əməkdaşlarına təşəkkür edib. O, həmçinin Fransanın müxtəlif şəhərləri ilə dostluq və qardaşlıq sazişlərinin imzalandığını qeyd etmiş, elecə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun üzvu olan Fransanın rolundan danışmışdır.

Daha sonra Ruayan şəhərinin Konqreslər Sarayında Azərbaycanda turizmə aid film nümayiş etdirilmişdir.

Tədbiri açan mer D. Kantən Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən şad olduğunu qeyd etmciş və hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından bəhs etmişdir.

J.F Mansel Azərbaycanın Dostalrı Assosiyasiyasının fəaliyyəti, Azərbaycanın tanıdılması üçün Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiyasiyanın Azərbaycanı kəşf etmək üçün fransızlar uçun təşkil etdiyi səyahətlərdən danışmışdır.

Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat vermiş və bildirmişdir ki bu bayram Azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilmişdir. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat vermişdir.

Tədbirin sonunda xalq artisti Yusif Qasimovun rəhbərlik etdiyi “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış etmişdir. Azərbaycan rəqslərini 400 dən çox tamaşaçı böyük maraqla izləmişdir.

Analoq.az

Fransada Novruz bayramına aid silsilə tədbirlər keçirilir

Fransada Novruz bayramına aid silsilə tədbirlər keçirilir

Fransada Novruz bayramına aid silsilə tədbirlər keçirilirскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi