Erməni səfir:"Mən daim türklər haqqında yaxşı danışıram"



Ermənistanın vəziyyətinin gündən-günə pisləşməsi 3 varlı xuliqan və mafiya üzvlərinə sərf edir. Bu acınacaqlı vəziyyətə baxmayaraq, bəziləri Turkiyənin inkar etdiyi "soyqırım" kəlməsindən yapışır. Ermənistan isə böyük təhlükə içərisindədir".

Analoq.az milli.az-a istinadən xəbər verir ki, bütün bunları Fransada yaşayan erməni əsilli, tanınmış müğənni Şarl Aznavur Ermənistandakı sosial-iqtisadi vəziyyətlə bağlı "Nouvelles d'Armenie" qəzetinə verdiyi musahibəsində bildirib.

Ş.Aznavur qeyd edib ki, Ermənistanda kimin prezident seçiləcəyi onu qətiyyən maraqlandırmır, o, yalnız ölkəsinin rahat nəfəs alması üçün açıq sərhədlər arzulayır:

"Mən daim türklər haqqında yaxşı danışıram, Türkiyədə yaşayan elə bir erməni əsilli insan yoxdur ki, türkləri sevməsin".

Onun sözlərinə görə, insanların kütləvi şəkildə Ermənistanı tərk etməsinə səbəb hakimiyyətin onlar üçün heç bir iş görməməsidir:

"Mafiozlar haqqında elə hadisələr bilirəm ki, deyiləsi deyil. Fermerlər öz torpaqlarında acından ölürlər, mafiya üzvləri, cinayətkarlar onlara yaşamağa imkan vermir".

Xatırladaq ki, Şarl Aznavur təzadlı şəxsiyyətdir. O, erməniləri bundan əvvəl də məyus edən fikirlər səsləndirib. Məsələn, hələ 2012-ci ildə o demişdi ki, qondarma erməni soyqırımı məsələsini birdəfəlik olaraq qapatmaq gərəkdir:

"İndi mənim deyəcəyim fikri çoxları yaxşı qarşılamayacaq. Mən bir daha soyqırımı sözünü eşitmək istəmirəm. Çünki bu söz bizi geriyə aparır. Biz türklərlə münasibətləri yaxşılaşdırmalıyıq. Biz onlara qapıları açmalı və oradan onlara keçməyə imkan verməliyik".

Qeyd edək ki, Fransada Gürcüstandan olan erməni ailəsində doğulmuş Şarl Aznavur müğənni olmaqla yanaşı erməni təəssübkeşliyi də ad çıxarıb. Ş.Aznavura 2008-ci ildə Ermənistan vətəndaşlığı verilib, 2009-cu ildən bəri isə o, Ermənistanın İsveçrədəki və UNESCO-dakı səfiridir.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi