Abş hazırdır-Son qərar



Rəsmi Pxenyanın müzakirələrə hazır olacağı təqdirdə, ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.

“Biz denuklerizasiyaya dair ciddi müzakirələrə hazırıq, əgər onlar (KXDR) addımlar ataraq, bu cür danışıqlara hazır olduqlarını nümayiş etdirərsə”, - deyə Toner bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson 15-19 mart tarixlərində Yaponiya, Cənubi Koreya və Çinə səfər edəcək.

Xatırladaq ki, martın 6-da Şimali Koreya 4 raket buraxılışı həyata keçirib. Raketlərdən biri Yaponiyanın Akita prefekturasından 200 km, digərləri isə 300-500 km aralıda düşüb.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi