Levon Zurabyan:"Bu,əsas vermir ki, hökümət onların səsini satın alsın"



Ermənistanda ictimai-siyasi vəziyyət günü-gündən gərginləşir. Parlament seçkisi ərəfəsində tərəflər arasında yaranan qalmaqal getdikcə artır. Sarkisyan hakimiyyətinə yaxın olan namizədlərdən Qaqik Sarukyan seçicilərə rüşvət verməkdə ittiham olunur.

Ermənistan Mərkəzi Seçki komissiyası deputatlığa namizəd Qakik Sarukyana ciddi xəbərdarlıq edib. Onun seçki prosesindən uzaqlaşdırılacağı deyilir. Səbəb, Sarkisyan hakimiyyətinə yaxın olan bu namizədin seçicilərə rüşvət verməsidir.

“Ermənistan milli konqresi” də iqtidarı səsləri pulla satın almaqda günahlandırır.

Levon Zurabyan - “Ermənistan Milli Konqresi” fraksiyasının rəhbəri:

- Başa düşürük insanların vəziyyəti ağırdır. Əksər seçicilərin sosial problemləri var. Ona görə də puldan imtina edə bilmirlər. Bu, əsas vermir ki, hökümət onların səsini satın alsın. Bununla bağlı kifayət qədər dəlil toplamışıq. Biz insanları səs hərracında iştirak etməməyə çağırırıq. Bu, onların gələcəyi üçün vacibdir.

Fransada yaşayan erməni müğənni və səfir Şarl Aznavur da Ermənistanı mafiozların idarə etdiyini bildirib. Onun sözlərinə görə, insanlar Ermənistanı kütləvi şəkildə tərk edirlər. Buna səbəb hakimiyyətin onlar üçün heç bir iş görməməsidir. Ölkədə vəziyyətinin gündən-günə pisləşməsi də həmin mafiya üzvlərinə sərf edir. Ermənistan böyük təhlükədədir. Fermerlər öz torpaqlarında acından ölürlər, mafiya üzvləri, cinayətkarlar onlara yaşamağa imkan vermirlər.
aztv.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Nexium Online Canada Controindicazioni Levitra canadian cialis Real Amoxicilina Cialis Ca Marche