Diplomat:" ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin..."



ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanda səfərdədir. Modern.az saytının məlumatına görə, ABŞ-dan olan həmsədr Riçard Hoqland mətbuat konfransı keçirib.

O bildirib ki, həmsədrlər Azərbaycan prezidenti İlham Əliyevlə vacib görüş keçiriblər.

"Əsas vurğuladığımız məqam bu oldu ki, danışıqlar masasına qayıtmaq lazımdır. Vurğuladıq ki, ötən ilin aprel ayında cəbhədə baş verənlərin il dönümü növbəti dəfə cəbhədə yox, danışıqlar masası ətrafında olsun".

Diplomat qeyd edib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Hoqland onu da vurğulayıb ki, həmsədrlər Bakıdan Yerevana səfər edəcək və bundan sonra birgə bəyanat yayacaqlar
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi