Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Fransada Novruz bayramı

11-03-2017, 21:30 | 8952 dəfə baxılıb.

Azərbaycanın Fransa Respublikasında Səfirliyi, “Azərbaycanın Dostları Assosiasiyası” və Parisdəki “Azərbaycan Evi” ilə birlikdə Beynəlxalq Novruz Günü (Bahar bayramı) münasibəti ilə Fransanın Arkaşon şəhərində bir sıra tədbirlər düzənləmişdir.

İlk öncə Arkaşon şəhər bələdiyyəsində deputat-mer İv Fulon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, “Azərbaycanın Dostları Assosiasiyası”nın Prezidenti, deputat Jan-Fransua Mansel, Assosiasiyanın Baş Katibi, “Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Mirvari Fətəliyeva arasında rəsmi görüş keçirilib.

Daha sonra Toplantılar Sarayında “Azərbaycan - ənənələr və müasirlik ölkəsi” mövzusunda konfrans öz işinə başlayıb. Tədbirə qatılmış 300 nəfərdən çox iştirakçının Odlar Diyarı ilə yaxından və məmnunluqla tanış olması üçün Azərbaycanla bağlı qısa təqdimat olub.

Bunun ardınca səfir E. Əmirbəyov öz ölkəsinin tarixi, mədəniyyəti və ənənələri barədə konfrans iştirakçılarına daha ətraflı məlumat vermiş, Azərbaycan cəmiyyətində qadınların rolundan, ölkəmizin Cənubi Qafqazda liderlik rolundan, Fransa və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən danışıb. Tədbirin sonunda ölkəmizdə ictimai həyatla, təhsillə, təbii sərvətlərlə bağlı və eləcə də, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi və Minsk Qrupunun həmsədrlərindən biri kimi bu münaqişənin həllində Fransanın rolu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və bununla da konfrans öz işini yekunlaşdırıb.

Ölkəmizlə tanışlıq saat 16:30-da “Bakı Media Mərkəzi”nin istehsalı olan və Azərbaycan Demokratik Respublikasının 1919-cu ilin yanvarında Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin mürəkkəb taleyindən bəhs edən “Ömürlük ezamiyyət” adlı sənədli filmin göstərilməsi ilə davam etdirildi.

Filmə baxışdan sonra Arkaşon şəhərinin meri, deputat İv Fulon Novruz bayramına və Azərbaycanla yaxından tanışlığa həsr edilmiş və martın 31-ə kimi davam edəcək foto və rəsm sərgisinin açılışını edib. Sərgidə nümayiş etdirilən foto və rəsm əsərlərinə baxışdan sonra tədbir Olimpiya Teatrında Azərbaycan nümayəndə heyətinin rəsmi qəbul mərasimi ilə davam etdirilib.

Səfir E. Əmirbəyov Meriya tərəfindən təşkil olunmuş qəbula görə “Azərbaycanın Dostları Assosiasiyası”na, “Azərbaycan Evi”nə və Arkaşon şəhər rəhbərliyinə minnətdarlığını bildirdi. O, çoxlu sayda insanın qarşısında Azərbaycanda və eləcə də bir sıra qonşu ölkələrdə qeyd olunan bahar bayramının ənənələrindən və əsrlərlə Azərbaycanda möhkəmlənmiş mültikulturalizm mühitindən və müxtəlif millətlərin mehriban birgəyaşayış təcrübəsindən danışdı.

Sonda “Azərbaycanın Dostları Assosiasiyası” adından çıxış edən cənab Jan-Fransua Mansel, ölkəmizin multikultural dəyərlərə sadiqliyini və xüsusən, azərbaycanlıların qonaqpərvərliyini təqdir etdiyini bildirərək tədbir iştirakçılarını Assosiasiyanın təşkil etdiyi səyahətlərdə iştirak etməyə dəvət etdi.

Arkaşon şəhərinin sakinləri və tədbirə qatılan qonaqlar yeni tanışlıqlarla zəngin olan bu günün sonunda Yusif Qasımovun bədii rəhbərliyi altında çalışan “Bakının ulduzları” rəqs ansamblının ifasında ənənəvi Azərbaycan rəqslərindən ibarət tamaşaya baxmaq imkanı qazandılar. Altı rəqqasın bir saat davam edən möhtəşəm ritmli rəqslərindən sonra min nəfərdən çox tamaşaçı rəqs qrupunun ifasındakı peşəkarlığa, gözəlliyə və zərifliyə heyranlığını gurultulu alqışlarla ifadə etdilər.
Fransada “Azərbaycan Evi”nin rəhbəri,
“Azərbaycanın Dostları Assosiasiyası”nın Baş katibi
Mirvari FƏTƏLİYEVAскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Fransada Novruz bayramına aid silsilə tədbirlər keçirilir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Azərbaycanlı səfir Ermənistanın Fransa ictimaiyyətini aldatdığını qeyd edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Kerri Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının