Erməni vəhşiliyi ilə törədilən Ciloluq faciəsinin 100-cü ildönümü



Urmiyənin millət vəkili Ciloluq faciəsi ilə bağlı təhsil nazirinə məktub ünvanlayıb

Analoq.az hurriyyet.org-a istinadən xəbər verir ki, Güney Azərbaycan Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili XX əsrin əvvəllərində törədilən Ciloluq faciəsi ilə bağlı İranın Təhsil nazirinə məktubla müraciət edib.

GünAz TV-nin məlumatında deyilir ki, millət vəkili Ruhulla Həzrətpur nazirə ünvanladığı məktubda Ciloluq faciəsi zamanı Urmiyə və Qərbi Azərbaycan Vilayətində minlərlə insanın qətlə yetirildiyini bir fitnə adlandıraraq, onun tarixi cəhətdən önəmli bir hadisə olduğuna diqqət çəkib.

“Ciloluq faciəsinin 100-cü ildönümü yaxınlaşır, bu münasibətlə baş verən ibrətverici faciə tarix dərsliklərə salınmalıdır. Bunun üçün lazımi tədbirlərin görülməsini xahiş edirik” - deyə məktubda qeyd olunub.

Ötən əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri Fransa və Rusiya kimi bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər.

Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib.

Bizim fikrimizcə, bu hadisə təkcə dəyərli millət vəkilinin tələb elədyi kimi İranda deyil, həm də Şimali Azərbaycanda tarix dərsliklərinə salınmalıdır

Erməni vəhşiliyi ilə törədilən Ciloluq faciəsinin 100-cü ildönümüскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi