Sədrin məhkəməsi başladı-Son xəbər



Avropa İttifaqı Şurasının sədri Donald Tusk Varşava prokurorluğuna çağırılıb.

APA-nın məlumatına görə, bu barədə “Deutsche Welle” PAP agentliyinə istinadən yazıb. Məlumata əsasən, o, baş nazir olduğu dövrdə Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa qərar verən Polşa xüsusi xidmət orqanının keçmiş rəhbərliyinin işi üzrə aparılan istintaq çərçivəsində dindiriləcək.

Xatırladaq ki, Donald Tusk martın 9-da yenidən daha 2 il yarım müddətinə Aİ Şurasının sədri seçilib. Onun namizədliyinə yalınız öz vətəni olan Polşa etiraz edib.

Varşavadan bildiriblər ki, Donald Tusk ölkənin daxili işinə qarışmaq üçün Aİ Şurasında vəzifəsindən istifadə edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi