Artıq bu peşə sahibləri imtahan verəcək



Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra - Sertifikat) veriləcək.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.

Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə aşağıdakı qruplara bölünür:

A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

AA qrupu;
AB qrupu;
AC qrupu;

B növü - inzibati icraçı vəzifələr üzrə:

BA qrupu;
BB qrupu;

C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:
CA qrupu;

D növü - yardımçı texniki vəzifələr üzrə:
DA qrupu.

A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.

Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.

Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 Formatdadır.

Sertifikatda aşağıdakılar göstərilir: Sertifikatın yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli təsviri, loqotipin altında birinci sətirdə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi", ikinci sətirdə "Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən" sözləri, üçüncü sətirdə "Sertifikat" sözü, "Sertifikat" sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi, Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı, imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar), Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu) və bu məzmunda qeyd:

Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir", Sertifikatın verilməsi barədə Mərkəzin qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti), Mərkəzin Direktorlar Şurasının sədrinin adı, soyadı, imzası və möhür.

Sertifikat blankının nümunəsi Mərkəz tərəfindən müəyyənləşir.

Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.

Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər: namizədin soyadı, adı, atasının adı dəyişdikdə, Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, Sertifikat yararsız hala düşdükdə. Sertifikat itirildikdə onun dublikatı verilir.

Mərkəz dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi