Jurnalist həbs olundu-Son xəbər



Moskvada erməniyönlü “Reqnum” agentliyinin şef-redaktoru Yuri Barançik saxlanılıb.

Analoq.az Axar.az-a istinadən xəbər verir ki, Barançik hazırda polis idarəsində saxlanılır. Agentliyin iddiasına görə, jurnalisti Belarus hökumətinin tələbi ilə həbs ediblər.

Qeyd edək ki, Belarusda keçən ilin dekabrında 3 rusiyalı jurnalist həbs edilib. Həbs edilən Dmitri Alimkin, Yuri Pavloveç və Sergey Şimptenko “Reqnum” agentliyinin əməkdaşları olublar. Onlar millətlərarası münasibətləri qızışdırmaqda ittiham olunurlar.

Belarusla yanaşı Qırğızıstanda da bu agentliyin jurnalisti saxlanılıb. Belə ki, dünən “Reqnum”un şef-redaktoru Qriqori Mixaylov saxlanılaraq ölkədən deportasiya olunub.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi