Aprel şəhidi Cavid Dədəkişiyev



Dədəkişiyev Cavid Gülbala oğlu 1988-ci il iyul ayının 5-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. 1995-ci ildə doğulduğu kənddə şəhid Namiq Abışov adına kənd tam orta məktəbə daxil olub, 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. İdmanla da məşğul olan Cavid sənədlərini Heydər Əliyev adına Ali Hərbi Akademiyaya vermiş və yüksək nəticə ilə ora qəbul olmuşdur. 2011-ci ildə təhsilini başa vurduqdan sonra leytenent rütbəsi ilə Naftalan rayon N saylı hərbi hissəsində xidmətə başlamış, 2013-cü ildə baş leytenant rütbəsi almışdır. 2016-cı il aprel döyüşlərindən bir müddət əvvəl Cavid xüsusi təlim keçmiş bir zabit kimi Tərtər rayon N saylı hərbi hissəyə göndərilmişdir.

Ali Baş Komandan döyüş əmri verərkən cəbhəni ilk keçən xüsusi təyinatlılara başçılıq etmişdir. Cavid Dədədkişiyev nəzərdə tutulan əraziyə qədər getmiş və əmri vaxtında və dəqiq yerinə yetirmişdir. Lələ təpə zirvəsinin alınmasında böyük sücaət göstərmişdir. Onun rəhbərlik etdiyi kəşviyyat qrupu düşmənin zirehli tankını məhv etmişdir. Lələ təpə uğrunda gedən döyüşdə Cavid Dədəkişiyev qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Döyüşdə göstərdiyi yüksək şücaətə görə ölümündən sonra 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qanları yerdə qalmasın...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Tinidazole disulfiram 500 mg tablets Cialis Professional 20 Mg