Polis generalı:"Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur"



Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin heç bir qeydiyyatı yoxdur.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: “Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.

S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: “Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi