Əməkdar jurnalistin yeni kitabı çıxdı



Tanınmış şair, əməkdar jurnalist Tahir Talıblının bu günlərdə "Vaxt vaxtında gəlir" adlı yeni kitabı işıq üzü görüb.

Müəllif kitaba uzun illər mətbuatda yayımlanan publisitik - etnoqrafik, tarixi səpkidə, eləcə də folklor yönümlü yazılarını, görkəmli şəxslərlə olan müsahibələrini, şeirlərinə yazılan rəyləri, dostları haqqında olan xatirələrini daxil edib.

"Vaxt vaxtında gəlir" adlı kitabda “Duyğularımın palitrası”, “Ömür söz işığında”, “Alınan müsahibələr” və “Verilən müsahibələr” bölmələri yeri alır.

Əməkdar jurnalist Tahir Talıblının “Əziz Əliyev dövrü, həyatı, şəxsiyyəti” adlı tədqiqat və “Sevgi harayı”, “Yazılmamış şeirlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar”, “Bu tale dediyin”, “Qurdu qəmgin, quşu qərib" şeir kitabları da işıq üzü görüb.

“Ziya” nəşriyyatında dərc olunan kitabın redaktoru Sevda Mikayılqızı, rəssamları isə mərhum rəssam Məmməd Dəmirçioğlu və Fərman Hüseynovdur
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi