Şimali Koreya tərəfindən cavab zərbələrinə məruz qala biləcəyini də yaxşı anlayırlar.



Yaponiya Şimali Koreyanın nüvə və raket proqramları məsələləri ilə əlaqədar Rusiya və Çinlə əməkdaşlıq edəcək. Bu barədə Baş nazir Şinzo Abe parlamentin yuxarı palatasının xarici siyasət və müdafiə komitəsində çıxışı zamanı bildirib.

Analoq.az AzərTaca-a istinadən bildirir ki, Ş.Abe deyib: “ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlığı davam etdirərək, həmçinin Çin və Rusiya ilə, o cümlədən digər maraqlı ölkələrlə birgə çalışaraq biz Şimali Koreyanı təxribatçı hərəkətlərdən çəkinməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və nüvə-raket proqramlarından imtina etməyə çağırırıq”.

O, həmçinin qeyd edib ki, Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqədar təhlükə yeni səviyyəyə daxil olub. Buna görə də Koreya yarımadasının nüvə silahından azad edilməsi prosesinin həyata keçirilməsi çox zəruri olan təxirəsalınmaz vəzifəyə çevrilib.

ABŞ Prezidenti Donalad Trampın Suriyanın hərbi bazasının raket hücumuna məruz qalması fonunda Şimali Koreyaya qarşı bütün variantların mümkünlüyü barədə bəyanatı və ABŞ-ın zərbə qrupunu Koreya yarımadasına göndərməsi həm Yaponiyada, həm də Cənubi Koreyada narahatlıqla qarşılanıb. ABŞ-ın müttəfiqi olan bu iki ölkə onun Şimali Koreyaya qarşı istənilən tədbirini dəstəkləmək məcburiyyətində olsalar da, öz ərazilərinin Şimali Koreya tərəfindən cavab zərbələrinə məruz qala biləcəyini də yaxşı anlayırlar.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi