Deputatdan maraqlı təklif



Analoq.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Qırğızıstan parlamentinin müxalifət partiyasından olan deputatı Kanıbek İmanaliyev qonşu Qazaxıstanda olduğu kimi qırğız əlifbasını kirildən latına keçirmək barədə təklif irəli sürüb.

Xəbər verdiyimiz kimi, Qazaxıstanın rəhbəri Nursultan Nazarbayev aprelin 12-də hökumətə ilin sonuna qədər latın əlifbasına keçid planını hazırlamaq göstərişi verib, prosesin 2025-ci ildə tamamlanması planlaşdırılır. Həmin dövrdə artıq bütün sənədlər, dövri nəşrlər və kitablar latın əlifbasında olacaq.

Kanıbek İmanaliyev “Ata Məkan” fraksiyasının nümayəndəsidir. O, Qırğızıstan parlamentinin plenar iclasındakı çıxışında deyib: “Türkmənistan, Özbəkistan, indi isə Qazaxıstan latın əlifbasına keçirlər. Başa düşürəm, indi bizim buna xərcləmək üçün pulumuz yoxdur. Amma bir müddət sonra, 2030-40-cı illərdə biz bunu eləməliyik”.

Parlament üzvünün fikrincə, artıq indi Qırğızıstanda latın əlifbası üzrə mütəxəssislər hazırlanmağa başlanılmalıdır: “Əminəm ki, bu əlifbadan istifadə - zamanın və texnologiyaların inkişafının tələbatıdır”. Deputat onu da

bildirib ki, kiril əlifbasından imtina qırğızların milliliyini qorumağa xidmət edəcək.

Respublikanın müstəqillik qazandığı 1991-ci ildən bəri, latın əlifbasına keçid məsələsi dəfələrlə qaldırılsa da, ölkənin ilk rəhbəri Əsgər Akayev bu təşəbbüsü dəstəkləməmişdi. 2008-ci ildə, Qırğızıstanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra isə, ölkənin təhsil və elm naziri bu təklifə qarşı çıxmışdı.

Qırğızlar XX əsrin əvvəllərində latın əlifbasından istifadə eləsələr də, 1940-cı ildən kiril əlifbasına keçiblər.

Rusiya mətbuatında Orta Asiya xalqlarının kiril əlifbasından latın əlifbasına keçid təşəbbüsü o qədər də sevinclə qarşılanmır. Məsələn, “RİA-Novosti” informasiya agentliyində qırğız millət vəkilinin bu tələbi ilə bağlı verilən xəbərin sonunda yazılıb: “Qırğızıstanda kiril əlifbası ilə milli ədəbiyyatın ən məhur nümunələri, o cümlədən, yazıçı Çingiz Aytmatovun əsərləri çap edilib”.

Qeyd edək ki, Azərbaycanda latın əlifbasına keçid ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə dünya və Azərbaycan ədəbiyyatı kitabxanasından olan demək olar ki, bütün sanballı əsərlər təkrar nəşr edilərək, şəhər və rayon, məktəb kitabxanalarına pulsuz paylanılıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi