Hərbi ekspert:"Azərbaycan ordusunu daha da gücləndirib"



Ermənistan tərəfi bir neçə gündür cəbhəyanı ərazilərdə hərbi təlimlər keçirir. Aprelin 16-sında isə Azərbaycan Silahlı Qüvvələri təlimlərə başlayacaq.

Təlimlər tərəflər arsında toqquşmaya gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, onların bir-biri ilə toqquşması inandırıcı deyil:

“Azərbaycan və Ermənistan tərəfi özlərinə aid olan hərbi təlimləri keçirirlər. Bu təlimlər qoşunların təmas xəttinə yaxın ərazidə keçirilsə belə, bunu hər hansı bir qarşıdurma adlandırmaq inandırıcı deyil. Çünki həm düşmən, həm də Azərbaycan ordusunun hərbi birləşmələri qoşunların həm təmas xəttinə yaxın olan ərazidə, həm də ölkə ərazisində yerləşən təlim mərkəzlərində irimiqyaslı təlimlər keçirirlər. Yəni, onların bir-biri ilə toqquşmasına inanmıram. Qaldı ki, Azərbaycanın irimiqyaslı təlimlərə başlamsına, bu, çox təqdirolunan bir haldır. Son illərdə artıq bir neçə dəfə belə təlimlər keçirilib. Bu, Azərbaycan ordusunu daha da gücləndirib təkmilləşdirəcək və ölkənin bütün ərazisini əhatə edən təlimlər olacaq”. Metbuat.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi