Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzlərinin interaktiv üsullarla gənclər arasında təbliği – yeni mərhələ” adlı layihə icra edilib.



Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən "Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzlərinin interaktiv üsullarla gənclər arasında təbliği – yeni mərhələ” adlı layihə icra edilib.

3, 4, 5, 6, 7 aprel 2017 – ci il tarixində Qəbələ rayonunda, 10, 11, 12, 13, 14 aprel 2017 – ci il tarixində Şəki şəhərində həyata keçirilən layihə gənclər tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirlərdə çıxış edən "Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri, layihə rəhbəri Nail Şükürov iştirakçılara Azərbaycanın zəngin Dövlətçilik tarixi haqqında məlumat vermiş, qeyd etmişdir ki, layihənin məqsədi interaktiv metoddan istifadə etməklə gənclərimizdə Dövlətçilik tariximizə, Dövlət rəmzlərinə hörmət hissini, vətənə məhəbbət hissini gücləndirmək, vətənpərvərlik ruhunun yüksəldilməsi, Dövlət rəmzləri ilə bağlı məlumat çatışmazlığının aradan qaldırılması, gənclərin təşəbbüskarlığının artırılması, gənclərin asudə vaxtının səmərəli keçiriliməsidir.

Layihə çərçivəsində 2 regionda – Qəbələ və Şəkidə layihənin işində 200 gənc birbaşa iştirak etmişdir. Dövlət rəmzlərimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün fəaliyyətlə bağlı onların da fikirləri öyrənilmiş, müzakirələr aparılmışdır.

Gənclərin aktiv iştirkı ilə keçirilən interaktiv müzakirələrdə aşağıdakı mövzulara toxunulmuşdur:

• Azərbaycan Dövlətçilik tarixi;
• Azərbaycan Dövlət bayrağına hörmət hissinin gücləndirilməsi;
• Azərbaycan Dövlət gerbinə hörmət hissinin gücləndirilməsi;
• Azərbaycan Dövlət himninə hörmət hissinin gücləndirilməsi;
• Dövlət rəmzlərinin ideya - məzmunu haqqında gənclərlə müzakirələrin aparılması;
• Dövlət rəmzləri və normativ-hüquqi aktlar barəsində müzakirələr adalet.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi