

Şimali Koreyanın əsasını qoyan Kim İr Senin doğum gününün 105 illik münasibətilə Pxenyanda Koreya Xalq Ordusunun paradı keçirilib.
Analoq.az Avropa.info-ya istinadən xəbər verir ki, tədbirə xarici jurnalistlər də dəvət olunub
Paradda ilk dəfə KN-15 sualtı qayıqlarının ballistik raketləri nümayiş etdirilib. Bundan əlavə yeni artilleriya qurğuları qeydə alınıb.
Paradı ali baş komandan sifəti ilə Kim Çen In qəbul edib.