Qaz kəsiləcək-Xəbərdarlıq



Bakının Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) Analoq.az -a bildirilib.

Qurumdan qeyd edilib ki, fasilə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə yeni çəkilmiş diametri 57 millimetrlik qaz xəttinin dairəvi qoşulması, diametri 159 və 76 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədardır.

Qeyd olunub ki, bununla bağlı olaraq aprelin 18-də saat 10:00-dan işlər yekunlaşdırılanadək Bakının Xətai rayonunun Gəncə və Babək prospektlərinin, Kombinat, Əhmədli kəndi, Şirvani, X.Məmmədov, İnqilab İsmayılov və Mehmandarov küçələrinin, həmçinin Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin, Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

Birlik yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi