Kim Çen kimə arxalanır?



Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafındakı münaqişənin arxasında Yaponiya dayanır.

Publika.az xəbər verir ki, bu iddia ilə “Komsomolskaya Pravda” nəşrində Edvard Çesnokov çıxış edib.

“Qılınclar qınlara, cənablar! ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında nüvə müharibəsi ləğv olundu.

Amerika təyyarədaşıyanının təntənəli keçidindən sonra Trampın yatmış reytinqi yuxarı qalxdı. Şimali Koreya silah ustaları “qərb imperialistləri”ni yenidən damğaladı və hərbi paradda növbəti “vundervafli” (adətən silah sənayesində çevrilişə iddia edən hərbi texnika ilə bağlı işlədilir, bəzən “möcüzəvi silah”da deyilir –red.) göstərdi. Hamı razıdır”, - o yazıb.

Müəllif qeyd edir ki, istənilən münaqişədə həmişə iqtisadi ölçü və ən çox qalib gələn “üçüncü sevinən” olur. Onun sözlərinə görə, Şimali Koreya uzaqvuran artilleriyası ilə Cənubi Koreyanın paytaxtı Seula bir raket buraxsa, əvvəlcə fond bazarı, daha sonra isə ona bağlı olan iqtisadiyyat dağılardı.

“Yapon koorporasiyalarını hər yerdə Cənubi Koreya şirkətləri sıxışdırır. Ada dövlətinin iqtisadiyyatı xroniki düşmədədir.

Rusiyanın Kuril adaları üzərində nəzarət hüququna etiraz Tokionun diqqəti daxili problemlərdən yayındırmaq cəhdi ola bilər. Və Şimali Koreya ətrafında vəziyyətin kəskinləşməsi fonunda ABŞ-ın vitse-prezidenti Mayk Pens Seula gəlir. “Sistemsiz” Trampdan fərqli olaraq, o, tam olaraq respublikaçı “qırğılar”ı və reyqançıları təmsil edir.

“Son zamanlar Cənubi Koreya ilə ABŞ-ın ticarət kəsiri iki dəfə artıb”, - Pens bildirir. Yəni, Ağ Evin sahiblərinə Seulla belə biznes sadəcə lazım deyil. Vaşinqton artıq "Trans-Sakit Okean Əməkdaşlıq" sazişindən imtina edib və indi regionun əsas ölkələri ilə ikitərəfli razılaşır. Və ən effektiv müzakirələrdə həmsöhbətin başının tapança qoyulub (və ya yoldaş Kimin nüvə bombası).

Sərt biznesmen kimi Tramp belə qaydanı çox sevir. Ona görə indi “Pxenyan təhlükəsi” ilə qorxudulmuş Seul istənilən ticarət müqaviləsini yəqin ki, imzalayacaq. Hətta özü üçün əlverişsiz olsa da.

Təki onu qorusunlar”.

Müəllif eyni zamanda qeyd edir ki, münaqişədə məharətlə dirijorluq etmiş yaponlar Vaşinqtonda partnyorun olmadığını anlamırlar:
“Ən yaxşı halda müştərilər olur.

Tapılmamış “Səddam Hüseynin kimyəvi silahı”na oxşar hər hansı mifik təhlükədən “hərbiləşdirilmiş mühafizə xidmətləri” təklif edilir. Mayk Pens Şərqi Asiya turnesini davam etdirərək Tokioya uçdu. Və, qorxuram, “əməkdaşlıq təklifi” yaponları heç sevindirməyəcək”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi