Konstitusiyaya yenidən baxılacaq



Gürcüstan Konstitusiya Komissiyası səs çoxluğu ilə konstitusiyaya yenidən baxılmasına dair layihəni qəbul edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Konstitusiyanın yeni modeli birbaşa prezident seçkilərinin ləğvini (dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 üzvü olan kollegiya tərəfindən seçilir), parlament deputatlarının seçilmə sisteminin dəyişilməsini (majoritar dairə sistemi ləğv edilir, seçkilər proporsional sistem üzrə keçirilir, seçkilər ərəfəsində partiya bloklarının yaradılması praktikası ləğv olunur) nəzərdə tutur. Habelə Təhlükəsizlik Şurasının ləğv edilməsi nəzərdə tutulur. Hərbi əməliyyatların aparılacağı təqdirdə Milli Müdafiə Şurasının iclası çağırılacaq.

Konstitusiyada həmçinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasına dair müvəqqəti fəsil əksini tapacaq. Bu fəsildə Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyası üçün Konstitusiya orqanları tərəfindən bütün lazımi tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi