TAP-la nəql olunan qazı 3 ölkəyə çatdıracaq layihə yaxında təsdiqlənəcək



"Vertical Gas Corridor" (VGC) layihəsi yaxın müddətdə təsdiqlənə bilər.

Analoq.az "APA-Economics" ə istinadən xəbər verir ki, bu barədə Rumıniya qaz operatoru "Transgaz" şirkətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, VGC-nin iştirakçıları olan "Transgaz", DESFA (Yunanıstan), FGSZ (Macarıstan) və "ICGB AD, "Bulgartransgaz" (hər ikisi Bolqarıstan) şirkətləri artıq layihənin reallaşdırılması ilə bağlı müvafiq Anlaşma Memorandumunu hazırlayıblar. Sənəd "Transgaz" və iştirakçıların əksəriyyəti tərəfindən təsdiqlənib. "Transgaz" sənədə yaxın vaxtda imza atmağa çağırır.

Qeyd edək ki, VGC layihəsi TAP kəməri ilə nəql olunan təbii qazın Yunanıstan, Bolqarıstan və Rumıniyaya daşınmasına imkan verəcək.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Propecia Dosage Hair Loss Proscar Finasteride Amoxicillin Dosing For Strep Throat Cialis Generika Empfehlen viagra Levitra Non Funziona Levitra 10 Mg Generico Effetti Collaterali Di Propecia