İran və Gürcüstan rəhbərliyi Şimal-Cənub dəhlizini müzakirə etdi



İran prezidentinin birinci müavini İshaq Cahangiri bu gün Tehranda səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Analoq.az-ın APA-nın Tehran bürosunun məlumatına istinadən verdiyi məlumata görə, görüşdə müzakirə olunan önəmli məsələlərdən biri də Şimal-Cənub dəhlizinin reallaşdırılmasıdır.

Tərəflər arasında aparılan müzakirələrdən sonra rəsmi sənədlərin imzlanması mərasimi baş tutub. Ölkələr üç əməkdaşlıq memorandumuna imza atıb ki, bunlar idman, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrini əhatə edir.

Dövlət rəsmiləri bildirib ki, hər iki ölkənin özəl sektoru əməkdaşlığı genişləndirməlidir.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, iranlı investorlar Gürcüstanda neft emalı və keramika məhsullarının istehsalı zavodlarının tikintisini həyata keçirəcək.

İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında İran prezidentinin birinci müavini deyib ki, görüş çərçivəsində bir sıra vacib məsələ müzakirə olunub ki, onlardan biri də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasıdır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi