İsveçdə Azərbaycan diasporunun nümayəndələri Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizi təmsil edib.



İsveçdə Azərbaycan diasporunun nümayəndələri Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizi təmsil edib.

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.

Bayram münasibətilə konsert proqramı ilə yanaşı, burada müxtəlif türkdilli ölkələrin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, türkdilli ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, adət-ənənələrini nümayiş ediblər.

Ölkəmizi yarmarkada İsveç-Azərbaycan Federasiyası təmsil edib. Bu təşkilat Azərbaycan haqqında dolğun təsəvvürün formalaşdırılması üçün böyük iş aparıb. Belə ki, Azərbaycan stendində qonaqlara ölkəmizlə bağlı müxtəlif maraqlı məlumatlar təqdim olunub, eləcə də ölkəmizin mədəniyyəti və incəsənəti haqqında informasiya bukletləri paylanılıb. Ziyarətçilər Azərbaycan şirniyyatlarına qonaq edilib.

Qeyd edək ki, yarmarka ilə yanaşı, tədbir çərçivəsində gənc ifaçıların konserti keçirilib. Konsertdə gənc və uşaq rəqs qrupları çıxış edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi