İş adamı:"İt də Allahın yaratdığı ən gözəl varlıqlardandır"



Bu gün sosil şəbəkələrdə iş adamının itinə toy etməsiylə bağlı video xeyli sayda baxış topladı.

Bu video barədə iş adamı Qalib Mustafayevi qınayanlar da az olmadı.Bununla bağlı Analoq.az is adamıyla əlaqə saxlayıb,məsələyə münasibət öyrənməyə çalışdı.İş adamı həmən video barədə analoq.az-a bunları söylədi:

"Biz üç-dörd dost həmişə bərabər oturub yeyib-içib söhbətləşirik.Bunu çəkib kiminsə yaymağını mənim şəxsi həyatıma müdaxilə kimi qəbul edirəm.

Bu cür hallar təbii ki,yolverilmzdir.Saytlar məlumatı bilmədən ağıllarına gələni yazırlar.Haqqında danışdığınız video dostlarla aramızda zarafatyana çəkilib.Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb.O ki qaldı it məsələsinə, it də Allahın yaratdığı ən gözəl varlıqlardandır.İnsanlar itlərə,o cümlədən bütün heyvanlara diqqət və qayğı göstərməlidir"

Onu da qeyd edək ki,"Galib Group"MMC Goranboy rayonunda fəaliyyət göstərir.Adıçəkilən müəssədə yüzlərlə Goranboy şəhər sakinləri və ətraf rayonların vətəndaşları da burada çalışlrlar.

Müəssənin direktoru Qalib Mustafayev eyni zamanda rayonda olan şəhid və imkansız ailələrə daim yardım göstərir.
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi