Etiraz aksiyalarında 9 nəfər xəsarət alıb, 29 nəfər saxlanılıb



Fransada prezident seçkilərinin ilk turu ciddi narazıllıqlarla xarakterizə olunub. Seçkinin ilkin nəticələri açıqlandıqdan sonra böyük şəhərlərdə başlayan etiraz aksiyalarında 2 mindən çox adam iştirak edib. Müxtəlif şəhərlərdə qarışıqlıqlar zamanı 9 nəfər xəsarət alıb, 29 nəfər saxlanılıb.

Marin le Penə qarşı əsasən faşizm əleyhidarları çıxış ediblər. Aksiyalarda Emmanuel Makronun əleyhidarları da iştirak ediblər. Onlar bu səsverməni seçki tamaşası adlandırıblar. Polis bütün hallarda icazəsiz aksiyalara müdaxilə edib. Nümayişçiləri dağıtmaq üçün rezin dəyənəklərdən istifadə olunub. Parisdə isə naməlum şəxslər avtomobillərə od vurublar. Nəticədə vətəndaşlara böyük miqdarda ziyan dəyib.

Seçki prosesi özü də problemsiz ötüşməyib. Uest Frans saytının xəbərinə görə, texniki səbəblərdən Strasburqda 15 mindən çox seçicinin adları siyahıda əks olunmayıb və onlar səsvermədə iştirak edə bilməyiblər. Bu da 270 min nəfər əhalisi olan şəhər üçün böyük göstəricidir. Məhkəməyə müraciət edən seçicilərin iddiaları rədd edilib.

Oxşar hadisələr Nansi və digər şəhərlərdə də baş verib. Fransa qanunvericiliyinə görə, hər bir seçici özü barədə məlumatları vaxtaşırı olaraq yerli seçki məntəqəsinə bildirməyə borcludur. Mond qəzetinin keçirdiyi interaktiv rəy sorğusunun nəticələrinə görə rəyi soruşulanların 64%i birinci turun nəticələrindən narazıdır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

StevMymn

написал 0
Priligy Farmacia Prezzo viagra Kamagra With Paypal Uk