Ermənistanda bir qarın çörəyə möhtac ailələrin sayı günü-gündən artır



İşğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökümət isə iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldırmağa cəhd belə göstərmir. Statistikaya əsasən Ermənistanda yoxsulluq həddi 3 ay ərzində 12 faiz artıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Ümumilikdə isə ölkədə yoxsulluq həddinin 80 faizə yaxın olduğu bildirilir. Ailələr hər ötən ayı aclıq və səfalətlə yola salırlar. Ermənistanın “Şirak” agentliyinin hazırladığı reportajda bildirilir ki, ölkədə əhalinin yaşayış səviyyəsi olduqca ağırdır. Dünya Bankının hesabatına əsasən, ailələrin aylıq gəlirləri 70 dolları keçmir.

Bu məbləğlə yaşamağın isə mümkün olmadığı qeyd edilir. Səfalət içərisində yaşayan ailələr əldə etdikləri cüzi maddi vəsait hesabına övladlarını zorla qidalandıra bilirlər. Bu cür sarsıntılar böyüklərlə yanaşı, uşaqların da sağlamlığına mənfi təsir göstərir.


Nəticədə Ermənistanda müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların sayı artır. Küçələrdə dilənən, yoxsulluğun son həddində yaşamağa məhkum insanlar...

Bunların Ermənistanın real mənzərəsi olduğu deyilir. Ölkədə normal yaşayış isə qeyri mümkünə çevrilib.

Uşaqlar təhsil almaq əvəzinə küçələrdə dilənir və ya müxtəlif vasitələrə pul qazanmağa çalışırlar. Evsizlik isə bu ölkədə bir nömrəli problem olaraq qalır.
aztv.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi